Gündəm

Tarixi keçmişimizə verilən dəyər

18 Yanvar 2018 14:01

Azərbaycanda hər zaman tarixi keçmişə, adət-ənənəyə, milli dəyərlərə yüksək ehtiram nümayiş etdirilib, sayğı göstərilib. Bu ehtiram, sayğı özünü müstəqillik illərindən sonra daha geniş mənada və aşkar şəkildə büruzə verməyə başladı. Artıq ölkənin və onun vətəndaşlarının azad, müstəqil olması tarixi keçmişimizin dərindən öyrənilməsi, onun şanlı səhifələrinin araşdırılıb təbliğ edilməsi üçün əlverişli imkan, şərait yaratmışdı.

Dövlətçilik dəyərlərinin xaosla iflası uğrunda mübarizə aparan müxalifət

18 Yanvar 2018 13:57

Azərbaycanda müxalifətçilik və siyasi müxalifətlə bağlı mövqe birmənalı deyil. Bunun əsas səbəbi isə ondadır ki, xalq kütlələri arasında mövcud olan sosial, hüquqi problemlərlə bağlı ilk növbədə fərdlər məhdud qrup maraqlarına sahib siyasi müxalifətə deyil, özlərinin fərdi keyfiyyətləri əsasında formalaşan müxaliflik potensialına bağlı qalaraq dövlətlə koordinasiya şəkilində mübarizə aparırlar.

Azərbaycanın dövlətçilik ənənələrinə verilən dəyər

18 Yanvar 2018 13:55

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi hər bir vətəndaşın ürəyincə olub. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri dövlət başçısının bu qərarını müsbət dəyərləndirməklə yanaşı, onun böyük əhəmiyyətinin də olduğu qənaətindədirlər. Belə ki, dövlətçiliyin və dövlətçilik tarixinin təbliği, cumhuriyyət qurucularının yaxından tanıdılması sözün həqiqi mənasında müsbət dəyərləndirilən amillərdəndir.

Deputatdan enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ

18 Yanvar 2018 13:53

"Enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti vacib müzakirə mövzularından biridir. Xüsusilə də məktəb yaşlı uşaqların bu içkilərdən istifadə etməsi məsələni daha da aktuallaşdırır”.  Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib. Deputat bildirib ki, enerji içkisinin vahid anlayışı yoxdur. Lakin ümumi olaraq tərkibində əsas elementi kofein olan və digər enerji artıran maddələri cəmləşdirən içkilər başa düşülür.

“Türkiyə sərhədlərini və təhlükəsizliyini təhdid edən addıma səssiz qala bilməz”

18 Yanvar 2018 13:51

"ABŞ Dövlət katibi Reks Tillersonun açıqlamalarını ümumi olaraq vacib bir bəyanat kimi dəyərləndirmək mümkündür". Bunu Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib. Nazir bildirib ki, Türkiyə sərhədlərini və təhlükəsizliyini təhdid edə biləcək heç bir addıma səssiz qala bilməz. 

Azərbaycan xalqının birlik və şərəf günü

18 Yanvar 2018 13:50

Qanlı yanvar hadisələrinin 28-ci ili tamam olur. Bir qayda olaraq o dəhşətli gecənin ildönümü ərəfəsində istər ölkə daxilində, istərsə də ondan kənarda, müxtəlif dövlətlərdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən anım tədbirləri təşkil olunur, faciə qurbanları yad edilir. Eyni zamanda həmin anım tədbirlərində hər bir yerli və xarici vətəndaşa bu hadisənin bir qəhrəmanlıq mücəssiməsi, örnəyi olduğu fikri çatdırılır. Bildirilir ki, bu gün Azərbaycanın azad və müstəqil ölkə kimi mövcudluğu məhz 20 Yanvar şəhidlərinin qanı, canı bahasına başa gəlib. Ona görə də bu günü yalnız yas saxlamaq, ağı deməklə anmaq doğru olmazdı. Çünki 20 Yanvar həm də bizim qəhrəmanlıq tariximizdir. Ona görə də bu tarixlə biz həm də fəxr edirik.

2017-ci ildə sahibkarlara 146 milyon manat güzəştli kredit verilib

18 Yanvar 2018 13:49

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 635,6 milyon manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layıhələrinin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Yanvar şəhidlərinin anım tədbirləri davam etdirilir

18 Yanvar 2018 13:47

"20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının davamı olaraq, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarında hər həftənin 3-cü günü keçirilən növbəti "Məlumat saatı" 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilib.

Nazir vətəndaşlarla görüşəcək

18 Yanvar 2018 13:46

Yanvarın 25 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  İmişli, Zərdab, Füzuli, Beyləqan, Xocavənd və Laçın rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Şəhidlər xalqımızın qan yaddaşında əbədi yaşayacaq

18 Yanvar 2018 13:42

SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Valideynlik hüququnu itirənlər ...

18 Yanvar 2018 13:40

Azərbaycanda ailə həmişə müqəddəs sayılıb. Amma təəssüflər olsun ki, son vaxtlar ölkəmizdə ailə institutunun təməllərində zəiflik müşahidə edilir. Adı çəkilən problemlər isə özünü boşanmanın artmasında, məişət zəminində baş verən zorakılıq hallarının çoxalmasında göstərir.

Ehtiyatlı olun! İnternet vasitəsilə narkotika satılır

18 Yanvar 2018 13:37

İnsan yaşadığı müddət ərzində seçimlər edir. Seçim hüququ vətəndaşa dövlət tərəfindən müəyyən edilmiş qaydalarda və qanunlarda müəyyən edilmiş hüquq və azadlıqlarda qeyd edilir. Seçim hüququ bütün sahələri əhatə edir.

Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır

18 Yanvar 2018 13:35

"Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

"Yaxşı ki, məni öldürməyiblər" - Elzanın bu açıqlaması verilişə DAMĞA VURDU 

18 Yanvar 2018 13:32

Bunu dünən "Sayqa ilə bu axşam" verilişinin qonağı olan Elza Seyidcahanaparıcının "Sosial şəbəkələrdə geyiminiz və yazdığınız şeirlərin tənqid olunmasına münasibətiniz necədir?" sualına cavab verərkən deyib. 

Termometr sınanda...

18 Yanvar 2018 13:25

Ən çox narahatlıq doğuran məsələlərdən biri bədən hərarətinin ölçülməsi zamanı və ya ehtiyatsızlıq nəticəsində termometrin sınmasıdır. Həmin hal baş verdikdə nə etmək lazımdır?