Tarixi keçmişimizə verilən dəyər

Azərbaycanda hər zaman tarixi keçmişə, adət-ənənəyə, milli dəyərlərə yüksək ehtiram nümayiş etdirilib, sayğı göstərilib. Bu ehtiram, sayğı özünü müstəqillik illərindən sonra daha geniş mənada və aşkar şəkildə büruzə verməyə başladı. Artıq ölkənin və onun vətəndaşlarının azad, müstəqil olması tarixi keçmişimizin dərindən öyrənilməsi, onun şanlı səhifələrinin araşdırılıb təbliğ edilməsi üçün əlverişli imkan, şərait yaratmışdı.

Azərbaycanda hər zaman tarixi keçmişə, adət-ənənəyə, milli dəyərlərə yüksək ehtiram nümayiş etdirilib, sayğı göstərilib. Bu ehtiram, sayğı özünü müstəqillik illərindən sonra daha geniş mənada və aşkar şəkildə büruzə verməyə başladı. Artıq ölkənin və onun vətəndaşlarının azad, müstəqil olması tarixi keçmişimizin dərindən öyrənilməsi, onun şanlı səhifələrinin araşdırılıb təbliğ edilməsi üçün əlverişli imkan, şərait yaratmışdı.

Hər kəsə bəllidir ki, Azərbaycanın şanlı və şərəfli tarixlərindən biri də Xalq Cümhuriyyəti tarixidir. 70 il Rus işğalı altında olduğumuzdan bu şərəfli tarix bizlərə təhrif edilmiş şəkildə çatdırılsa da, lakin müstəqillik illərindən sonra gerçək tariximiz öyrənilməyə, təbliğ edilməyə başlanıldı. Və çox əlamətdar haldır ki, bu günkü müstəqil Azərbaycan Respublikası məhz 1918-ci ilin may ayında Şərqdə ilk demokratik respublika kimi elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu anlamlı ifadəni, tariximizə sahib çıxmaq mənasını ifadə edən, ona ehtiramı özündə ehtiva edən fikirləri isə zamanında ümummilli lider Heydər Əliyev söyləımişdi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə verdiyi dəyər, önəm bu tarixin müstəqil ölkənin vətəndaşları tərəfindən daha dərindən öyrənilməsi üçün zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın şərəfli tarixinə, Xalq Cümhuriyyətinə verdiyi yüksək dəyər, ehtiram elə Ulu Öndərin Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə imzalamış olduğu sərəncamda özünü ehtiva edirdi.

Bu gün sevindirici hal ondan ibarətdir ki, Heydər Əliyev siyasi kursu Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlət başçısı da öz sələfi kimi tarixi keçmişimizə, milli-mənəvi dəyərlərə yüksək ehtiram, sayğı nümayiş etdirir. Eyni zamanda müstəqil Azərbaycan Respublikası Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin hüquqi varisliyini ləyaqətlə, əzmlə qoruyub saxlayır, onu daha gözəl gələcəyə aparır. Eyni zamanda Cənab Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyev kimi cümhuriyyət qurucuları, yaradıcıları, ümumiyyətlə bu şərəfli tarixə sayğı, hörmətlə yanaşır. Elə bir müddət əvvəl Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı imzalamış olduğu sərəncam, bu günlərdə isə 2018-ci ilin Azərbaycanda "Xalq Cümhuriyyəti İli" elan olunması barədə digər bir sərəncam imzalaması bu şərəfli tarixə dövlət başçısı tərəfindən verilən dəyərin əyani sübutu göstəricisidir. Elə Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov da belə düşünür. O, bildirib ki ümummilli lider

Heydər Əliyevin uzaqgörən siyasəti,mübarizəsi nəticəsində, müstəqil Azərbaycan dövləti təhlükəli uçurumlardan xilas oldu. Cəlal İbrahimov deyir ki, Türk dünyası ağacının, Azərbaycan budağını qırılıb yox olmaqdan qoruyan, ümummilli lider Heydər Əliyev,dövlətimizi daxili və xarici xainliklərdən qurtararaq, millətimizə, dinçlik, sabitlik,təhlükəsizlik gətirdi: "Bu dəyərlər nəticəsində, Azərbaycan dövləti Heydər Əliyev liderliyində dünyaya açılan bir qapıya çevrildi. Dünya siyasətini, Azərbaycan tarixini mükəmməl bilən ümummilli lider Heydər Əliyev, bütün dövlətlərlə məsafəli siyasət quraraq, ölkəmizi daim bütün təhlükələrdən qoruyub və bu dəyərlərlə dünyanın aparıcı dövlətlərini əsrin neft kontraktına cəlb edərək, dövlətin milli enerji strategiyasını həyata keçirərək, Azərbaycan dövlətinin güclənməsinin təməlini qoyub. Ümummilli Lider Heydər Əliyev çox gözəl bilirdi ki, 1918-ci ildə qurulan Azərbaycan Cumhuriyyəti xalqımızın azadlıq uğrunda verdiyi milli mübarizədir, fəqət bu azadlıq əsəri çox qısa ömür sürüb və millətimiz daim parçalanmalara məruz qalıb. Tarixdə birlikdə ola bilməməyimiz və daim xarici qüvvələrin xainliklərinə boyun əyməmi səbəbindən ,Azərbaycan torpaqları param-parça edilib. Ümummilli liderin Türk dünyasının budağı Azərbaycanı qırılıb yox olmaqdan qoruması nəticəsidir ki, bu gün bizlər Cumhuriyyətimizin 100 illiyini birlik içərisində keçiririk". Cəlal İbrahimov deyib ki, Heydər Əliyev 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında Sərəncam imzaladı və bu ənənə günümüzdə ümummilli liderin davamçısı, Azərbaycan dövlətinin Prezidenti Cənab İlham Əliyev tərəfindən də davam etdirilir". Hakim partiya üzvü deyib ki, bunun əyani sübutu kimi dövlət başçısının bu günlərdə imzaladığı sərəncamı göstərə bilərik: "Bundan əvvəl isə Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin keçirilməsi münasibətiylə sərəncam imzalamışdı". Cəlal İbrahimov qeyd edib ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyəti, bütün,Türk-İslam Dünyası üçün nümunəvi bir quruluş və demokratik, çağdaş, hüquq dövlətinin nümunə abidəsidir: "İlk parlament sistemli dövlət olan,Xalq Cumhuriyyəti dövrü, Azərbaycanda; incəsənətin, ədəbiyyatın və fikir adamlarının inkişaf etdiyi bir dövr idi. Bu dövr milli təhsilin, əlifbanın, musiqinin, mətbuatın, milli şairlərin ortaya çıxdığı bir dövrü əhatə edir. Xalq Cumhuriyyəti qısa ömür sürsə də, tarixdə gələcək nəsillər üçün böyük izlər qoymuşdu. Məhz bu səbəbdən bu gün günəş yenidən doğub və Azərbaycan bu dəyərlər üzərində öz varlığını davam etdirməkdədir. Onun üçün bu dövrün tarixini hər bir azərbaycanılı oxumalı və bilməlidir ki, gələcəyə doğru addım ata bilsin. Unutmayaq ki, insan başqasının evində rahat olmadığı kimi, başqa diyarlarda da rahat olmur. Bizim bir vətənimiz var, o da Azərbaycandır. Onu qorumaq və onun uğrunda daim mübarizə aparmaq hər birimizin namus-şərəf borcudur". Hakim partiya təmsilçisi deyib ki, bu gün əmin əllərdə olan Cumhuriyyətimiz ümummilli liderin davamçısı Cənab İlham Əliyevin liderliyində təhlükəsiz bir şəkildə inkişaf edərək, gələcək milli hədəflərə doğru güclü və əzmlə getməkdədir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31