Dövlətçilik dəyərlərinin xaosla iflası uğrunda mübarizə aparan müxalifət

Azərbaycanda müxalifətçilik və siyasi müxalifətlə bağlı mövqe birmənalı deyil. Bunun əsas səbəbi isə ondadır ki, xalq kütlələri arasında mövcud olan sosial, hüquqi problemlərlə bağlı ilk növbədə fərdlər məhdud qrup maraqlarına sahib siyasi müxalifətə deyil, özlərinin fərdi keyfiyyətləri əsasında formalaşan müxaliflik potensialına bağlı qalaraq dövlətlə koordinasiya şəkilində mübarizə aparırlar.

Azərbaycanda müxalifətçilik və siyasi müxalifətlə bağlı mövqe birmənalı deyil. Bunun əsas səbəbi isə ondadır ki, xalq kütlələri arasında mövcud olan sosial, hüquqi problemlərlə bağlı ilk növbədə fərdlər məhdud qrup maraqlarına sahib siyasi müxalifətə deyil, özlərinin fərdi keyfiyyətləri əsasında formalaşan müxaliflik potensialına bağlı qalaraq dövlətlə koordinasiya şəkilində mübarizə aparırlar. Müstəqil ekspert Samir Zeynalov mövcud hakimiyyətə qarşı alternativ siyasi güc keyfiyyətlərinə sahib olduğunu bəyan edən mövsümi siyasi müxalifətin fəaliyyətinə diqqət edərək bildirir ki, nə AXCP-in, nə Müsavatın, nə  AXCP və Müsavatın siyasi ambisiyaları baxımından partiya ola bilməyən RealHərəkatının və nəhayət Ümid Partiyasının siyasi xəttində Azərbaycanın gələcək ictimai-siyasi məziyyəti ilə bağlı yaşamın bütün sahələri üzrə inkişaf və islahatlar ehtiva edən praktiki siyasi mübarizə xətti və proqram mövcud deyil: "Azərbaycan Xalq Cəbhəsi ilə bağlı qeyri-milli fəaliyyətin bütün çalarları Əli Kərimlinin timsalında hər kəsə məlumdur. Onu qeyd edim ki, Əli Kərimli bütün diktator təmayüllü hərəkətləri ilə cəbhə funksionerlərini məcbur edir ki, ənənəvi cəbhə təfəkkürü deformasiyaya uğrasın və bu istiqamətdə də səylər Əli Kərimlinin şəxsi mənafeyi naminə öz bəhrəsini versin. Əli Kərimli zaman-zaman kamufilyaj etməyə çalışdığı qeyri-milli siyasi fəaliyyəti ilə təsdiq edir ki, o Azərbaycanda hakimiyyət uğurunda deyil, dövlətçilik dəyərlərinin xaosla iflası uğurunda mübarizə apararaq, cəbhəçiləri belə öz siyasi ambisiyalarının köləsinə çevirməkdə niyyətlidir. Vəziyyət o qədər cılız təsir bağışlayır ki, hakimiyyətdə bir zamanlar mövcud olduğu komanda ilə Rəsulzadə dəyərlərinə sahib çıxa bilməyən Əli Kərimli mövcud hakimiyyətin yürütdüyü prinsipial siyasətin müstəqillik mühitində iqtidarı- ölkə başçısı İlham Əliyevi Rəsulzadə düşməni adlandıraraq, 2018-ci ilin Xalq Cümhuriyyəti ili elan olunmasını hakimiyyətin qondarma təxəyyülü hesab edir. Hesab edir ki, hakimiyyət daha geniş və qeyri-hüquqi şərait yaratmaqla dövlət tərəfindən maliyyələşməni rədd edən müxalifət düşərgəsinin anarxik, qeyri-milli, qeyri-hüquqi əməllərinə şərait yaratmaqla cümhuriyyət dəyərlərinə hörmət bəslədiyini təsdiq edə bilər. Belə olan halda qalan bütün hallarda Əli Kərimlinin siyasi maraqları təminat çərçivəsinə daxil ola bilmir və bununla da radikal müxalifətin fəaliyyəti üçün mövcud durumu həzm edə bilməyən indikatorlar formalaşır. Bu indikatorlar isə cinayət əməllərinə qurban gedən şəxslərin fəaliyyətini siyasiləşdirmək, qarayaxma kampaniyaları həyata keçirmək, hər bir halda iqtidarın fəaliyyətində qərəzli nöqsan axtarmaq və bunun müqabilində xaricdən anti-milli fəaliyyətə görə qrantlar əldə etməkdir. Qeyd edim ki, mövcud hakimiyyətin Cümhuriyyət dəyərlərinə hörmətsizliyi ilə bağlı irəli sürülən fikirlər həqiqətə uyğun olsa idi, o zaman bu ilin Cümhuriyyət ili elan edilməsi, bu istiqamətdə tədbirlər planının hazırlanması hakimiyyət üçün tarixi nötqeyi-nəzərdən maraq ehtiva etməzdi. Təbii ki, Cümhuriyyət dönəmi və üzvlərinə başda M.Ə.Rəsulzadə olmaqla aşılanan hörmət Cümhuriyyət ilinin elanı və bu il ərzində baş tutacaq tədbirlərlə bağlı təşəbbüslərlə məhdudlaşmır. Unutmaq lazım deyil ki, müstəqil dövlətimiz AXC-nin siyasi varisidir və bu varisliyin qorunmasının təməli müstəqillik qoruyucusu Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə danılmaz sürətdə bağlıdır". Samir Zeynalov qeyd edir ki, Ümid Partiyasının da mövcud siyasi imici ilə bağlı praqmatik təsəvvür mövcud deyildir. Onun  sözlərinə görə, müsbət təmayüllü nəzəri fikirlər də bu partiya ilə münasibətdə demək olar ki, sosial-mənəvi ideallar uğurunda mübarizə imitasiyası formalaşdıran parlament səviyyəsində mövcud olaraq qalıb: "Amerika Dövlət Departamentinin məhz İqbal Ağazadənin timsalında Ümid Partiyasını yeganə parlament müxalifəti adlandırması fikiri, mövqeyi təsadüfü deyil və belə çıxır ki, nə qədər ki, mandatlıq uğrunda mübarizə sona çatmış və mübarizə öz nəticəsini vermişdisə, parlamentdə insan haqları, sosial problemlər, idarəçiliklə bağlı problemlər eks millət vəkili İqbal Ağazadə üçün gündəmdə olub. Parlamentdə bu mandatlığın əldən verilməsi ilə biz artıq görürük ki, Ümid Partiyası qrup maraqları naminə mərkəzə qaçma siyasətinə üstünlük verir. Hətta tərəfimdən bir müddət Ümid Partiyasını ictimai-siyasi mübarizə sferasında görmək niyyəti ilə hakimiyyətə qarşı qoyulmuş rəqabəttutumlu siyasi konsepsiya və mövqeyə baxmayaraq agah oldu ki, bu partiya İqbal Ağazadənin rəhbərliyi altında qrup maraqlarını müdafiə edən peyk partiya statusunda olmaqda maraqlıdır. Mətbuatda dəfələrlə keçmiş MTN-lə əlaqələri haqqında arqumetləşmiş yazılar, əlaqədar şəxslərin müsahibələri də təsdiq edir ki, İqbal Ağazadə parlament səviyyəsində ilk növbədə qrup maraqlarının təmini ilə diletant olub. Onu da qeyd etmək lazımdır ki, İqbal Ağazadə özünün mandatlığı dönəmində qardaşı İlqar Ağazadənin biznesinin siravi vətəndaşların haqlarının pozulması istiqamətində inkişafına da dəstək formalaşdırıb. Təbii ki, bir zamanlara görə mübarizə imitasiyası formalaşdıra bilmiş İqbal Ağazadə bu minvalla digər haqsızlıq mənbəyi olan məmurlarla bir sırada olmaqdan, necə deyərlər palaza bürünüb ellə sürünmək faktına qarşı nikbin yanaşmaq mövqeyindən qaça bilməyib. İqbal Ağazadə Azərbaycan ictimaiyyətini demokratikləşə bilməməkdə qınayır və bütün çılpaqlığı ilə partiyası üçün iqtidarda olmağın qeyri-real olma məsuliyyətini cəmiyyətin siyasi baxışlarında olan durğunluq və ən əsası fərdlərin iqtidara kortəbii sürətdə meyilli olması ilə bağlayır. Həmçinin dəfələrlə biz müsahibələrində onun AXCP, Müsavata qarşı da tənqidi yanaşmalarını görürük. Bu fakt bir daha təsdiq edir ki, Ümid Partiyası rəqabəttutumlu mübarizənin tərəfdarı olaraq alternativ müxalifət təmsilçisi olmaq niyyətində belə deyil. Onu deyim ki, mövcud perspektivsiz və trayektoriyası bəlli olmayan fəaliyyətinə görə 2013-cü ildə Ümid Partiyasından kütləvi istefaların gerçəkliyi yaranmışdı". Samir Zeynalov bildirir ki, İqbal Ağazadənin siyasi fəaliyyəti ilə bağlı daha bir müəmma ehtiva edən məqam onun 2005-ci ildə necə deputat seçilməsi ilə bağlıdır: "Məlum 2003-cü il, Bakı iğtişaşlarının təşkili ərəfəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə həbs olunan İqbal Ağazadə 2005-ci ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılır və elə həmin ilin noyabr ayında Ümid Partiyasının 30 namizədi sırasından yalnız ağır cinayətə görə məhkum olmuş İqbal Ağazadə parlamentə üzv seçilir. Onu qeyd edim ki, əfvlə azadlığa buraxılmaq həbsdən vaxtından əvvəl azad etmənin humanist xarakterli hüquqi növüdür və məhkum üçün birmənalı olaraq bəraət ehtiva etmir. Cənab Ağazadə ağır cinayətə görə məhkum olunduğuna və azadlığa çıxdıqdan sonra bu cinayət faktına görə ona 6 illik məhkumluq müddəti müəyyən edilirdi. Qanunvericliyə görə isə məhkumluq vaxtından əvvəl götürülmə və ödənilmə ilə aradan qalxır. Cənab Ağazadə parlamentə üzv seçilmə zamanına görə təqribən azadlığının 7-ci ayında olduğu məlum olur və o məhkumluğunu yalnız cəza çəkmə müəssisəsinin rəyinə və özünün cəmiyyətdə islahı ilə bağlı sübutlarla yalnız yerli məhkəməyə etdiyi müraciətlə vaxtından əvvəl götürməyə nail ola bilərdi. Əgər o, belə bir müraciətdə təşəbbüskar olubsa o zaman məhkəmənin ağır cinayətdə təqsirləndirilərək həbs olunmuş İqbal Ağazadə ilə bağlı islah müddətinin 6 ililk müddətə nəzərən 7 aya kifayətləndiyi qənaəti mövqeyində olması aşkar şübhə doğurur. Çünki şəxsən özüm əvvəllər az ağır cinayətə görə məhkum olduğuma və azadlığa çıxdığımın 10-cu ayında məhkumluğumu vaxtından əvvəl götürmək istəyim haqqında ərizəmi Ali Məhkəmə azadlıqda olduğum müddətin az olması ilə əlaqədar təmin etməmişdi. Onu da qeyd edim ki, az ağır cinayətə görə məhkumluq müddəti 3 il təşkil edir. Göründüyü kimi saxtakar müxalifətlə bağlı mülahizələrim nəzəri-praktiki keyfiyyətcə qərəzsiz arqumetasiyalara əsaslanır. Bir neçə gün öncə Ümid Partiyasının təbliğat, təşviqat işləri üzrə müavini xanım Tamilla Qulaminin məni saxtakar elan edib aşkar təhqir etməsinə qarşı mən bu yazımı təqdim edir, bu barədə ona yenidən düşünməyi və ən azından obyektiv olmağı tövsiyə edirəm. Həmçinin qeyd edim ki, ona və onun kimilərə görə mən vəzifə həvəskarı olsam da YAP-ın üzvü olmamaqla bərabər, indiyə kimi heç bir vəzifə təqibində olmadığım və dövlətlə cəmiyyət arasında gərginlik yaradan subyektlərə qarşı mübarizcəsinə fəaliyyət aparmağım çılpaqlığı ilə ortadadır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31