Yanvar şəhidlərinin anım tədbirləri davam etdirilir
"20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının davamı olaraq, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarında hər həftənin 3-cü günü keçirilən növbəti "Məlumat saatı" 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilib.
18 Yanvar 2018 13:47 Siyasət"20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının davamı olaraq, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarında hər həftənin 3-cü günü keçirilən növbəti "Məlumat saatı" 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, "Məlumat saatı"nda Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarına 20 Yanvar hadisələri barədə geniş məlumat verilib, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığı, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu vurğulanıb, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.