Gündəm

"... Kəraməti görəndə özünə deyəcəm"

18 Yanvar 2018 13:21

Son zamanlar bəzi gənc şair və yazıçıların Azərbaycanın tarixi və ədəbi şəxsiyyətlərini tənqid deyil, təhqir etməsi hallarına çox rast gəlinir. Bunlardan sonuncusu ötən günlərdə gənc yazıçı Kəramət Böyükçölün xalq şairi Xəlil Rza Ulutürk haqqında yazdıqları təhqir və iftira dolu "Facebook” statusu oldu.

Pərvin Abıyeva və Tunay Əliyevanın məhkəməsi başladı

18 Yanvar 2018 13:10

Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası başlayıb.

Ermənistanda hərbçilərin olduğu maşın qəza törətdi - Ölənlər var

18 Yanvar 2018 13:09

Ermənistanda hərbi yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Sisyan-Şaki avtomobil yolunda bu gün səhər saat 09:20 ərəfəsində “Ural” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə, “VAZ 2107”də olan Arşak Ovannisyan və Martik Ovannisyan ölüb, Elmir Sarkisyan isə yaralanıb.

Vəfa Zeynalova elə dəyişildi ki.... FOTOLAR

18 Yanvar 2018 13:07

Əməkdar artist Vəfa Zeynalova görünüşündə bir xeyli dəyişiklik edib. Zeynalova yeni görünüşdə olan şəkillərini "İnstagram"da səhifəsində paylaşıb. 

Türk ordusuna əmr verildi: Ən yüksək səviyyə...

18 Yanvar 2018 13:05

Türkiyə Silahlı Qüvvələrindən ordu qərargahlarına mümkün Afrin əməliyyatı üçün sərhəddə yerləşən qüvvələrin ən yüksək hazırlıq səviyyəsinə gətirilməsi ilə bağlı əmr verilib.

Senator: ABŞ üçün əsas təhdid Rusiya deyil

18 Yanvar 2018 13:04

ABŞ-dakı seçki üçün əsas təhdid Rusiya yox, Çindir. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində amerikalı senator Mark Rubio söyləyib. “ABŞ-ın seçki sisteminə əsas təhdid Rusiya yox, Çindir.

Öskürəyi bir neçə günə yox edən effektli təbii vasitə

18 Yanvar 2018 13:01

Havaların soyuyanda əhali arasında qrip və öskürək də xeyli artır.  Son zamanlar yayılan öskürəkdən isə heç bir dərman, müalicə ilə qurtulmaq mümkün deyil. Belə olduqda xalq təbabəti üsullarından daha çox istifadə edilir. Sizə ən çox istifadə edilən xalq təbabəti üsulundan birini - bal və qara turp reseptini təqdim edir.

Keçmiş arvadını öldürən kişiyə hökm oxundu

18 Yanvar 2018 12:59

Sumqayıt şəhərində keçmiş həyat yoldaşını öldürməkdə ittiham olunan 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Peskovun azərbaycanlı jurnalistə cavabı: Putin bunu sevmir

18 Yanvar 2018 12:57

Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” kanalında “Nailə Əsgərzadə ilə rəsmilər” verilişinin qonağı olub. Peskov Əsgərzadənin “Putin ən çox nəyi sevmir” sualına “yalan və səriştəsizlik” cavabını verib.

Qohumu qadının boyunbağısını aparıb

18 Yanvar 2018 12:51

Qohumlarına qarşı soyğunçuluq edən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yanvarın 17-də Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini olan qadın yanvarın 8-də mobil telefonunun oğurlandığını bildirib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxri Ellazgil olması, həmin gün qohumu olan digər bir qadına qarşı da zor tətbiq edərək mobil telefonunu alması, həmçinin onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyənləşib.

Piyadanı vuraraq qaçan sürücü tutulub

18 Yanvar 2018 12:49

Yanvarın 14-də Balakən rayon, Tülü kənd sakini Nurlan Sabirovun ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, araşdırmalarla Nurlan Sabirovun həmin gün saat 23.00 radələrində Talalar kəndində müəyyən edilməyən avtomobillə vurulması və xəstəxanaya yerləşdirilməsi müəyyənləşib.

İl ərzində Azərbaycanda 24 mindən çox insanı it dişləyib

18 Yanvar 2018 12:48

“Azərbaycanda 2017-ci il ərzində 24 min nəfərdən çox insana qarşı it dişləmə halları baş verib. Bunların üçü ölümlə nəticələnib”. Bunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov Bakıda quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi üzrə seminarda deyib.

Səudiyyəli din alimi Afrikada öldürüldü

18 Yanvar 2018 12:47

Səudiyyə Ərəbistanından olan alim Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib. Bu barədə informasiyanı “Əl Arabiya” televiziyası yayıb. Tuveycirinin Qvineyaya “Ət Tövhid” kitabını şərh etmək və məscid tikintisi üçün getdiyi bildirilib. O, Kantipalanduq şəhərində naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib.

Rəisin intim videosu, şantaj tələsinə salınanlar və...

18 Yanvar 2018 12:45

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Moskvada qar onlarla reys təxirə saldı

18 Yanvar 2018 12:40

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 10-dan çox reys təxirə salınıb. Domodedovo hava limanında 13 reys təxirə salınıb, daha 4 reysin isə ləngidiyi barədə məlumat verilib. Bundan başqa, Şeremetyevo hava limanında isə 7 reysin ləngidiyi bildirilib. Moskvanın digər hava limanlarında - Vnukovo və Jukovski aeroportlarında ləngimələrin olmadığı bildirilir.