Türk ordusuna əmr verildi: Ən yüksək səviyyə...

Türkiyə Silahlı Qüvvələrindən ordu qərargahlarına mümkün Afrin əməliyyatı üçün sərhəddə yerləşən qüvvələrin ən yüksək hazırlıq səviyyəsinə gətirilməsi ilə bağlı əmr verilib.

Türkiyə Silahlı Qüvvələrindən ordu qərargahlarına mümkün Afrin əməliyyatı üçün sərhəddə yerləşən qüvvələrin ən yüksək hazırlıq səviyyəsinə gətirilməsi ilə bağlı əmr verilib. Sərhəddə yerləşən qoşunlara dəstək məqsədi ilə göndərilən tanklar da artıq Hatayın Hassa və Qırıqxan mahallarına çatdırılıb.

Qeyd edək ki, Türkiyə Afrin əməliyyatı ilə sərhədləri yaxınlığında yaradılmış terror koridorunu yarmaq məqsədini açıqlamışdı. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31