Gündəm
“-iyyat” və “-iyyət” şəkilçiləri ilə bağlı bəndində ciddi qüsurlar var" - Ərəbşünasdan izahlar
Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilən orfoqrafiya lüğətinin yeni variantı hazırlanıb. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.
13 uşağı əsir saxlayan məktəb direktorunun evindən çıxanlar DƏHŞƏTƏ GƏTİRDİ
ABŞ-ın Kaliforniya ştatında bir cütlüyün 13 nəfər qaranlıq otaqda yatağa zəncirlənmiş və ac saxlaması barədə məlumat vermişdik. Uşaqlara işgəncə edən cütlüyün villasından çıxanlar görənləri dəhşətə gətirib.
Azərbaycan futbolu Avropada İLK ÜÇLÜKDƏ
UEFA Avropa ölkələrinin milli çempionatlarının son 10 il ərzindəki hərəkət cədvəlini açıqlayıb. Nəticələr assosiasiyanın rəsmi internet saytında dərc edilib. Azərbaycan milli çempionatlarda ən böyük sıçrayışa nail olanlar arasında ilk üçlükdə yer alıb.
Avtomobil yolu keçən qadını vurub
Bakının Qaradağ rayonu ərazisində qadını avtomobil vurub. Məlumata görə, avtoqəza Müşfiqabad qəsəbəsində baş verib.Qəsəbə sakini Nazilə Nəsirova yolu keçmək istəyən zaman taksi kimi fəaliyyət göstərən minik avtomobilinin zərbəsi ilə üzləşib.
“Türk Hava Yolları” Azərbaycanda yeni endirim kampaniyasına başlayıb
“Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib. “OLAYLAR” xəbər verir ki, kampaniya çərçivəsində İstanbuldan Bakıya, Gəncəyə və Naxçıvana, həmçinin əks istiqamətə olan aviabiletlər endirimli qiymətlərlə təklif olunur.
Türklər və yunanlar arasında növbəti GƏRGİNLİK
Türkiyə və Yunanıstan arasında növbəti gərginlik dəniz sərhədində yaşanılıb. Belə ki, gecə saat 01:40 radələrində Yunan Hərbi Dəniz Qüvvələrinin Nikiforos hücum gəmisi Türkiyənin Kardak adaları bölgəsindəki sərhəd sularını pozub.
Magistr imtahanlarında nə yenilik var?
“Magistr” jurnalının 1-ci sayında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində çap ediləcək.
Ərdoğana şok: Gül Ərbakanın partiyasından namizəd olur
Abdullah Gül prezidentliyə namizədimiz ola bilər.Bunu jurnalistlərə açıqlamasında Türkiyə Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu söyləyib. “Abdullah Gül dəyərli qardaşımızdır. Əlbəttə, namizəd olma ehtimalı var. Amma hazırda ona “namizədimizdir” demək doğru deyil. Burada iki məsələ var. İlk növbədə onun özü bu məsələdə təşəbbüslə çıxış etməlidir. Digər tərəfdən isə seçilə biləcəyi ilə bağlı proqnoz olmalıdır”, – deyə o bildirib.
Qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda yanvarın 19-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yanvarın 19-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Ermənistan ordusunun əsgəri yaralanıb
Ermənistan ordusunun əsgəri güllə yarası alıb. Məlumata görə, Noemberyan səhiyyə mərkəzinə gətirilən şəxsin 1987-ci il təvəllüdlü Adibek Mikoyan olduğu müəyyən edilib.
İmişlidə müəmmalı ölüm faktı
İmişli sakini naməlum şəraitdə ölüb. Məlumata görə, rayonun Alarlı kənində kənd sakini, 1981-ci il təvəllüdlü Hikmət Tağı oğlu Qəmbəralıyevin meyiti yaşadığı evin pilləkənlərində aşkarlanıb. Onun pilləkəndən yıxılaraq öldüyü ehtimal edilir. Ölümün dəqiq səbəblərinin müəyyən etmək üçün ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.
Ödənişli sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 4-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.
DTX Mədəniyyət mərkəzində 20 yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 yanvardan bu günədək" mövzusunda tədbir keçirilib. Məlumata görə, tədbir 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunub.
Aİ-Türkiyə görüşü: “Brüssel bunun sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdıracaq”
Avropa İttifaqı və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır. Brüsselin bu görüş sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi iddia edilir. Məlumata görə, görüşdə əsas müzakirə mövzusunun beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika problemi və tələbə mübadiləsi olacağı gözlənilir.
“Suriyada “təhlükəsizlik qüvvələri” yaratmırıq”
ABŞ-ın xarici işlər naziri Reks Tillerson Suriyada yaradılması planlaşdırılan “sərhəddə təhlükəsizlik qüvvələri” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.














