Aİ-Türkiyə görüşü: “Brüssel bunun sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdıracaq”
Avropa İttifaqı və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır. Brüsselin bu görüş sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi iddia edilir. Məlumata görə, görüşdə əsas müzakirə mövzusunun beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika problemi və tələbə mübadiləsi olacağı gözlənilir.
18 Yanvar 2018 12:10 SiyasətAvropa İttifaqı və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır. Brüsselin bu görüş sayəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi iddia edilir. Məlumata görə, görüşdə əsas müzakirə mövzusunun beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika problemi və tələbə mübadiləsi olacağı gözlənilir.
Qeyd edək ki, Aİ-Türkiyə görüşünün Prezident Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının sədri Jan Klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin sədri Antonio Tayani, Bolqarıstan Baş naziri Boyko Borisovun iştirakı ilə keçiriləcəyi bildirilir. Azadinform.az