“Suriyada “təhlükəsizlik qüvvələri” yaratmırıq”
ABŞ-ın xarici işlər naziri Reks Tillerson Suriyada yaradılması planlaşdırılan “sərhəddə təhlükəsizlik qüvvələri” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
18 Yanvar 2018 12:08 DünyaABŞ-ın xarici işlər naziri Reks Tillerson Suriyada yaradılması planlaşdırılan "sərhəddə təhlükəsizlik qüvvələri" ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. R. Tillerson bunun tamamilə yanlış izah edilmiş bir vəziyyət olduğunu, bəzi şəxslərin məsələ ilə bağlı səhvən məlumat verdiyini bildirib: "Biz hər hansı bir təhlükəsizlik qüvvələri yaratmırıq. Məqsədimiz İŞİD-dən qurtarılan bölgələrdəki yerli əhaliyə təlim keçməkdir. Şimal-qərbi Suriya və Fərat ətrafı ərazilərin hələ də İŞİD-in hücumlarına məruz qaldığını görürük. Məqsədimiz sadəcə olaraq daha çox təlim keçmək və İŞİD-in qaçış nöqtələrini bağlamaqdır".
ABŞ rəsmisi qeyd edib ki, Türkiyənin məsələ ilə bağlı reaksiya verməsini də anlayırıq: "Bu mövzuda ABŞ-ın müdafiə naziri Ceymis Mattis ilə həmfikirik. Türkiyənin narahatlığını başa düşürük və bu mövzuda bərabər çalışmağa davam edəcəyik". Azadinform.az