Gündəm

Nalbandyanın Polşada həmsədrlərlə görüşü baş tutub

18 Yanvar 2018 12:06

Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.  Bunu Ermənistan XİN-in sözçüsü Tiqran Balayan deyib.

Paltarınızda bu varsa, deməli, sizi izləyirlər – Diqqət

18 Yanvar 2018 12:04

Sosial şəbəkələrdə geyimlərin etiketlərinə yerləşdirilən sxemlər vasitəsilə insanların izlənməsi haqda video yayılıb. Videoda bildirilir ki, həmin etiketlərlə nəinki insanlar izlənilir, hətta etiketdə yerləşdirilən xüsusi kodlar vasitəsilə göndərilən siqnallarla insanlar insult da keçirə bilərlər. Həmin sxemlərin geyimlərə hansı məqsədlə və kimlər tərəfindən yerləşdirilməsi isə sual altındadır.

Parklanmaya görə qonşusunu öldürürsə… - Ekspert

18 Yanvar 2018 12:01

Normativə uyğun tikilməyən yeni binalarda nəqliyyat ehtiyacları nəzərə alınmır, heç aparılan tikili zamanı nəqliyyat ehtiyaclarını yada salan da yoxdur. Bu sözləri hüquqşünas, Ərşad Hüseynov dünən məhəllələrin birində baş verən avtomobil parklamasına görə qonşular arasında düşən mübahisə və buna görə qonşulardan birinin digərini öldürməsinə, şəhərdəki parklama probleminə münasibət bildirərkən deyib.

Manaf Ağayevdən Fədayənin ailəsi ilə bağlı şok fakt - Video

18 Yanvar 2018 11:59

Hazırda həbsdə olan Fədayə Laçının ailəsi kirayə qaldığı evdən çıxarılır. Bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Hər şey daxil” verilişində söyləyib. “Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm.

Trampdan Kremlə xəbərdarlıq: Moskvanın işidir...

18 Yanvar 2018 11:57

Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçməyə kömək edir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib.

Türk ordusunda FETÖ əməliyyatı – 18 hərbçi həbs edildi

18 Yanvar 2018 11:55

Türkiyənin Çanaqqala şəhərində Hərbi Dəniz Qüvvələri komandanlığında fəaliyyət göstərən FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində təhlükəsizlik qüvvələri biri təqaüddə olmaqla, 18 hərbçini həbs edib.

Azərbaycan prezidenti Davos forumunda çıxış edəcək

18 Yanvar 2018 11:53

Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi forumuna qatılacaq. Məlumata görə, ölkə başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək. Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.

Azərbaycan İranla qarşılaşacaq

18 Yanvar 2018 11:51

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

“Əli Kərimli öz əndişəsini ortaya qoyub”

18 Yanvar 2018 11:49

"Əli Kərimlinin Cümhuriyyətlə bağlı çıxışları, sosial şəbəkədə yaydıqları birbaşa cəfəngiyyatdır. Bu adam üçün artıq heç bir dəyər qalmayıb. Özünü gülünc vəziyyətə qoyub. Hər kəs bunun Cümhurriyyətlə bağlı fikirlərini ələ salır". Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

“Ermənistan kriminal aləmin qanunları ilə idarə olunur”

18 Yanvar 2018 11:47

“Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Polşanın Krakov şəhərində keçirilən görüşü Azərbaycan və Ermənistan prezidentlərinin gələcək görüşünə bir növ zəmin yaradır. Amma nə qədər ki, hərbi cani Serj Sarkisyan komandası hakimiyyətdədir, onlarla danışıqlar heç bir konstruktiv nəticə verməyəcək”. Bunu millət vəkili Elman Məmmədov deyib.

“Rusiyadan gözləntilərimiz çoxdur”

18 Yanvar 2018 11:44

“Azərbaycanın Dağlıq Qarabağ ərazilərinin işğalı ilə bağlı aparılan danışıqlar 24 ildir ki, nəticəsiz davam etməkdədir.1994-cü ilin may ayının 12-də atəşkəs rejiminin tətbiq olunmasından sonra münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunması razılığı əldə olundu.

Baldızına "Bacına sürprizim var" deyib QORXUNC CİNAYƏT törətdi - VİDEO 

18 Yanvar 2018 11:40

Bodrumda iş adamı Ali Özdemiri öldürən ortağı Mustafa Ö. baldızına "Sabah bacına sürprizim olacaq. Səhər yeməyi üçün onu harasa apar" deyərək arvadını evdən uzaqlaşdırdıqdan sonra qətli törədib.

Rəhmətə gedən şəxsin ailəsi cəsədi götürmək üçün morqa girəndə ŞOKA DÜŞDÜ

18 Yanvar 2018 11:33

İstanbulda qəfl halı pisləşən şəxs xəstəxanaya çatdırılıb. Tənəffüs və ürək döyüntüsünün olmadığını görən həkimlər, 40 dəqiqə "canlandırma" əməliyyatı həyata keçirsələr də, nəticəsiz qalıb. Səhər 11:00-da "öldü" deyə qeyd edilən xəstə, morqa aparılıb. 14:30-da cənazəni götürmək üçün morqa gedən yaxınları "ölü"nün nəfəs aldığını görüblər.

Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? - Rəsmi açıqlama

18 Yanvar 2018 11:31

Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır. Bunu  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma hadisələrinin sayında artım müşahidə edilmir: "Bu xəstəliklə bağlı vəziyyət stabildir.

ABŞ Rusiya və Çinlə... – Dünya nüvə müharibəsinin BİR ADDIMLIĞINDA

18 Yanvar 2018 11:27

Kiçik gücə malik nüvə silahının yeni nümunələrinin hazırlanması ABŞ-ın Rusiya və Çinlə müharibə riskini artıracaq. Bu haqda ekspertlərə istinadən “Newsweek” yazıb.