Gündəm

Azərbaycanda hər bir insanın azad söz demək haqqı var

18 Yanvar 2018 11:26

Bəzi nadanlar deyirlər ki, guya Azərbaycanda azad söz yoxdur. Niyə yoxdur. Azərbaycanda dünyada mövcud olmayan açıq-aşkar hər bir insanın azad söz demək haqqı var. Necə ki, hər kəs bacardığı qədər bu haqqından geninə boyuna istifadə edir”. 

Qəza zamanı yol təsərrüfatına ciddi ziyan dəyib

18 Yanvar 2018 11:24

Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təxili olaraq xəstəxanaya çatdırılıb.

Avtoqəzada 2 nəfər ölüb, 4-ü yaralanıb

18 Yanvar 2018 11:22

Ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, qəzalarda 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Külli miqdarda içki və siqaret müsadirə edilib

18 Yanvar 2018 11:20

Gürcüstanla sərhəddə aksiz markasız xeyli içki və siqaret müsadirə olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu yaxınlığındakı "Avtovağzal" adlanan ərazidə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.

İlk dərslər 20 Yanvara həsr ediləcək

18 Yanvar 2018 11:17

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr ediləcək. “OLAYLAR”-a daxil olan xəbərə görə, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir.

Cəbhədə gərginlik

18 Yanvar 2018 11:16

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

Parlamentin fəal deputatları kmlər olub?

18 Yanvar 2018 11:15

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2017-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün birlik üzvləri-parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında rəy sorğusu keçirib.

Ermənilər Rusiyada deputatı güllələdilər

18 Yanvar 2018 11:10

Ermənilər Rusiyada deputatı güllələyiblər. Hadisə Başqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib. Məlumata görə, erməni icmasının təmsilçiləri Şəhər Sovetinin deputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputat müxtəlif dərəcədə bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən isə güllə yarası alıb.

Sonsuz qadınları aldadan "həkim" həbs olundu - 700 qadını ....

18 Yanvar 2018 11:08

Sonsuzluğa qarşı təbii üsullarla qadınları hamilə qalacaqlarına inandıran saxtakar həkim həbs edilib. Qvineyada saxtakar qadın, özünü loğman kimi təqdim edərək, 700 qadını aldadıb. Belə ki, ana olmaq arzusu ilə ona müraciət edən qadınlara müxtəlif otlardan hazırlanmış məhsul satıb. Hər bir qarışımı 33 dollara satan fırıldaqçı müştərilərinə 9 aydan sonra övlad sahibi olacaqlarını deyib. Tərkibi məlum olmayan qarışımın qəribə təsiri isə qadınların aldanmasına səbəb olub. Məhlulu içdikdən sonra qadınlarda hamiləlik simptomları və qarında şişkinlik yaranmağa başlayıb.

ABŞ-dan tarixi GERİ ADDIM – Ərdoğanın təhdidi qəbul EDİLDİ

18 Yanvar 2018 11:07

ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb. Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların təhlükəsizliyini artırmaq olduğunu bildirib.

NATO-ya ŞOK – Rusiyaya qarşı istehsal edilən 3 milyardlıq gəmilər “ suya qərq oldu”

18 Yanvar 2018 11:04

Almaniya Dəniz Qüvvələrinin “Baden-Uittemberq” sinfindən olan yeni F125 model gəmiləri sınaq məqsədilə suya buraxılıb. Sınaq zamanı çox sayda problemin olduğu aşkar edilib və gəmilər dərhal emalatxanaya geri qaytarılıb. Qərb mediası NATO-nun silahlı qüvvələrində önəmli yer tutan və səbrsizliklə gözlənilən 3 milyard avro dəyərindəki gəmi layihəsini Almaniyanın müdafiə sənayesinin ən böyük uğursuzluğu kimi təqdim edib.

Məşhur müğənni təyyarədə BİABIRÇILIQ ETDİ

18 Yanvar 2018 11:03

Türkiyəli müğənni Bülent Ersoy təyyarədə qalmaqal yaradıb. Biznes klassda gedən məşhur sənətçi yanında heç kimin oturmasını istəməyib. Tək oturmaq istəyən müğənni səsini yüksəldib. “Yanımda kiminsə oturmağını istəmirəm” deyən ulduz aləmi bir-birinə qatıb. Türk Hava Yollarının işçiləri “Onda yanınızdakı yerin biletini də alardınız” desə də, Bülent Ersoyu heç cür sakitləşdirmək mümkün olmayıb. Təxminən yarım saat davam edən bu qalmaqaldan sonra sərnişin ulduzun çirkab mövqeyinə boyun əyərək başqa oturacaqda əyləşməli olub.

Təhlükəsizlik üçün vurulan peyvəndlər təhlükəli imiş – QADAĞAN edildi

18 Yanvar 2018 11:02

Səhiyyə Nazirliyi Gürcüstanda 2016-17-ci illər ərzində insan sağlamlığı üçün təhlükəli olan, 30 min dəfə dozadan artıq istifadə edilən peyvəndi istifadədən çıxarıb. Bu barədə dövlət auditinin dərcindən sonra əhali qarşısında cavab verməli olan Səhiyyə Nazirliyinin nümayəndələri məlumat verib.

Diyanet İşleri Başkanı Erbaş: Küçük yaşta evlilikleri önlemeye çalışıyoruz

18 Yanvar 2018 10:14

Diyanet İşleri Başkanı Erbaş, "Küçük yaşta evlilikleri önlemeye çalışıyoruz. Ama biz böyle yaparken atılan iftiraların kasıtlı olduğunu düşünüyorum." dedi. Diyanet İşleri Başkanı Prof. Dr. Ali Erbaş, bir süre önce bazı basın yayın organlarında yer alan başkanlığın, kız çocuklarının erken yaşta evlenebilecekleri yönünde açıklamada bulunduğu iddiasına ilişkin, "Küçük yaşta evlilikleri önlemeye çalışıyoruz. Ama biz böyle yaparken atılan iftiraların kasıtlı olduğunu düşünüyorum." dedi. Erbaş, TVNET'te yayınlanan programda gündeme ilişkin değerlendirmede bulundu, soruları cevapladı.

Kardak açıklarında Türk ve Yunan botları çarpıştı

18 Yanvar 2018 10:12

İki bot arasında temasın meydana geldiği ana ilişkin fotoğraf (İHA) Ege Denizi’nde Kardak kayalıkları yakınında dalaşan Yunan Sahil Güvenlik Botu ile Türk Sahil Güvenlik Botu arasında temas oluştu; iki botta da herhangi bir hasar yok.