Gündəm
Orhan Gencebay başkanlığı Arif Sağ'a bıraktı
Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği’nde sürpriz görev değişikliği! Orhan Gencebay, kurucuları arasında yer aldığı ve başkanlığını yürüttüğü MESAM yönetim kurulu toplantısında Arif Sağ, “İyileştim, başkanlığa hazırım” deyince görevini bıraktı. DÖNÜŞÜMLÜ MODEL
'Tehditler bertaraf edilecek'
Kritik MGK'den Suriye için iki önemli karar çıktı: - ABD, YPG'ye verdiği silahları hemen toplasın, -Terör ordusu ve koridoruna izin vermeyiz. ABD’ye, terör örgütü YPG’ye verdiği silah ve teçhizatı bir an önce toplaması çağrısında bulunulan MGK bildirisinde, Afrin’in de içinde bulunduğu bölge kastedilerek buradan gelen tehditlerin bertarafı için gereken adımların derhal atılacağı duyuruldu
ABD'den bir açıklama daha! Çark ettiler...
Pentagon'dan yapılan "Suriye'de sınır gücü kurulmayacak" açıklamasının ardından bir açıklama da ABD Dışişleri Bakanı Rex Tillerson'dan geldi. Tillerson açıklamasında "ABD'nin Türkiye'ye bir açıklama borcu var. Suriye'de sınır gücü kurma niyetimiz yok." dedi. ABD Dışişleri Bakanı Rex Tillerson, Türkiye'nin Suriye konusundaki endişelerini duyduklarını ve ciddiye aldıklarını söyledi.
ABŞ-dan tarixi GERİ ADDIM – Ərdoganın təhdidi qəbul EDİLDİ
ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb. Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların təhlükəsizliyini artırmaq olduğunu bildirib. ABŞ Müdafiə Nazirliyindən sonra dövlət katibi Reks Tillerson da mövzu ilə bağlı açıqlama verib. ABŞ-ın xarici siyasət idarəsinin başçısı Suriyada “sərhəd ordusu” qurmaq niyətində olmadıqlarını vurğulayıb.
“20 Yanvar şəhidləri” kataloqu hazırlanıb
AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu elm müəssisəsinin materialları əsasında “20 Yanvar şəhidləri” kataloqu hazırlanıb. Olaylar.az bildirir ki, muzey xalqımızın qan yaddaşına həkk olunan 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto, əşyaların toplanması işini davam etdirir. Hazırda qeyd olunan faciə ilə bağlı 300-dən artıq eksponat muzeyin müvafiq fondlarında qorunur.
Cümhuriyyətin 100 illiyi ilə bağlı maarifləndirici tədbirlər keçiriləcək - Bilik Fondu
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamını əsas tutan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu yönümdə keşiriləcək maarifləndirici tədbirlərin müzakirəsi olub. Olaylar.az bildirir ki, Bilik Fondunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Fondun lektorlar qrupunun üzvü, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova özünün tədqiqat sahələrindən biri olan “Azərbaycan dövlətçilik tarixi” mövzusunda söhbət aparıb.
“Mənim günahım” yenidən səhnədə
Azərbaycan Dövlət Musiqili Teatrında böyük dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa teatrsevərlərə təqdim olunacaq. Teatrın mətbuat xidmətindən Olaylar.az - a məlumat verilib ki, səhnə əsərində bu dəfə Nurcahan rolunu Əməkdar Artist Nərgiz Kərimovanın ifa edəcək. Qeyd edək ki, bu sənət ocağında Nurcahan obrazını uzun illər Xalq Artisti Şükufə Yusupova canlandırıb.
Fotosessiya etdirən ailənin başına İŞ GƏLDİ - FOTOLAR
Amerikada bir ailə fotosessiya etdirmək üçün müraciət etdikləri fotoqrafın oyununa gəliblər. 250 dollara ailəvi fotosessiya üçün razılaşdıqları fotoqraf peşəkar olmadığı üçün ortaya maraqlı görüntülər çıxıb. Fotolara baxan sifarişçilər qeyri-adi mənzərə qarşısında şoka düşüblər.
Tənhalıq üzrə Nazirlik yaradıldı
Britaniyanın baş naziri Tereza Mey Tənhalıq üzrə Nazirlik yaradıb. Bu vəzifəyə Britaniya parlamentinin idman və vətəndaş cəmiyyəti üzrə nazirinin müavini Treysi Krauç təyin edilib.
Əfqanıstan sakinləri Trampa medal verdi
Əfqanıstan sakinləri Pakistana qarşı mövqeyinə görə Amerika lideri Donald Trampı "Cəsurluğa görə" qızıl medalı ilə təltif ediblər. Lohar əyalətinin sakinləri qızıl medalın istehsalını ödəmək üçün 645 dollar pul yığıblar. Qeyd edilir ki, medalın üzərində "Əfqan xalqından Amerika Birləşmiş Ştatlarının prezidenti Donalda Trampa cəsurluğuna görə" naxışlı sözləri yazılıb.
4,2 bal gücündə zəlzələ
Avstriyada 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sankt-Anton-am-Arlberq kurort şəhərindən 16 km qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Qətldə ittiham olunaraq 25 il məhbus həyatı yaşayan ABŞ-ın Detroyt şəhər sakini 1 milyon dollar təzminat alıb. Polisin yanlış məlumatı əsasında həbs edilən şəxs dövlət proqramına əsasən müvafiq məbləğə yiyələnib. Ötən il həbsxanadan çıxan Desmond Riks polis əməkdaşlarını güllələrin nümunələrini qəsdən dəyişdirməkdə ittiham edib. Miçiqan ştatının prokuroru D.Riksə təzminatın verilməsini düzgün hesab edib. Sabiq məhbus daha 216 min dollar məbləğin ona çatmalı olduğunu iddia edib.
Aleksey Beqovun fərdi sərgisində Leyla Əliyevaya hədiyyə verildi - FOTOLAR
Yanvarın 17-də Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun “Yer və Səma” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib. Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib. Həyat, ölüm, sevgi, xəyanət... Əbədi və dəyişməz mövzular...
Bu sosial şəbəkədə ŞƏXSİ İSMARICLAR OXUNUR
"Tvitter" şirkəti "Project Veritas" təşkilatının istifadəçilərin şəxsi ismarıclarını oxuması barədə bəyanatına münasibət bildirib. "Tvitter" şirkətinin əməkdaşları vaxtaşırı şəxsi yazışmanı oxuyur. “Biz mütəmadi olaraq şəxsi ismarıcları oxumuruq. Ancaq vaxtaşırı. Məhdud sayda əməkdaşımız bu məlumatı əldə edə bilər. Biz öz növbəmizdə onlara qarşı çox ciddi giriş protokolu tətbiq edirik", - deyə şirkətdə birdiriblər.
Fövqəladə vəziyyət rejimi uzadılır
Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzadılmasını məqsədəuyğun sayıb. Bu qərar Türkiyə Milli Təhlükəsizlik Şurasının yanvarın 17-də keçirilən iclasında qəbul olunub. Toplantıda Afrində antiterror əməliyyatının keçirilməsi və ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması məsələləri müzakirə olunub.














