Cümhuriyyətin 100 illiyi ilə bağlı maarifləndirici tədbirlər keçiriləcək - Bilik Fondu

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamını əsas tutan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu yönümdə keşiriləcək maarifləndirici tədbirlərin müzakirəsi olub. Olaylar.az bildirir ki, Bilik Fondunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Fondun lektorlar qrupunun üzvü, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova özünün tədqiqat sahələrindən biri olan “Azərbaycan dövlətçilik tarixi” mövzusunda söhbət aparıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamını əsas tutan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu yönümdə keşiriləcək maarifləndirici tədbirlərin müzakirəsi olub.

Olaylar.az bildirir ki, Bilik Fondunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Fondun lektorlar qrupunun üzvü, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova özünün tədqiqat sahələrindən biri olan "Azərbaycan dövlətçilik tarixi" mövzusunda söhbət aparıb. Bildirilib ki, bü günkü müstəqil Azərbaycan Respublikası 1918-ci ildə təşəkkül tapan və cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən dövləçilik özülünü qoyan cümhuriyyətimizin tarixi varisidir.

Sonda Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçiriləcək maarifləndirici tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tarixçi alimlə baş tutmuş görüşdə Fondun Cümhuriyyət ilində görəcəyi işlərlə, keçirəcəyi tədbirlərlə bağlı müzakirələr aparıb. Qərara alınıb ki, Bilik Fondunun "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun fəaliyyət planına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı forma və məzmun baxımından rəngarəng maarifləndirici tədbirlər - elmi seminarlar və dəyirmi masalar, müzakirələr və təqdimatlar, bilik yarışmaları və elmi turlar daxil edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31