Azərbaycanda hər bir insanın azad söz demək haqqı var

Bəzi nadanlar deyirlər ki, guya Azərbaycanda azad söz yoxdur. Niyə yoxdur. Azərbaycanda dünyada mövcud olmayan açıq-aşkar hər bir insanın azad söz demək haqqı var. Necə ki, hər kəs bacardığı qədər bu haqqından geninə boyuna istifadə edir”. 

Bəzi nadanlar deyirlər ki, guya Azərbaycanda azad söz yoxdur. Niyə yoxdur. Azərbaycanda dünyada mövcud olmayan açıq-aşkar hər bir insanın azad söz demək haqqı var. Necə ki, hər kəs bacardığı qədər bu haqqından geninə boyuna istifadə edir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib: "Ey azad söz adı ilə insanları, böyükləri, alimləri, ölkə idarəçilərini, ölkə tarixində böyük rolu olan şəxsiyətləri təhqir edənlər, bunu anlayın, bunu dərk edin, bunu fərq edin ki, azad söz demək başqadır, böyük şəxsiyyətləri təhqir etmək başqa. Azad söz demək adı ilə sizin heç birinizin haqqı yoxdur ki, ölkədə olan böyük şəxsiyyətləri təhqir edəsiz, onlara yaraşmayan sözlər dəyəsiz. Bunun həm hüquqi cəzası, həm dünyəvi cəzası, həm də dini cəzası var. Özünüz öz günahınızın cəzasını çəkirsiz. Ey azad söz adı ilə təhqirə yol verənlər, özünüz öz günahlarınızla öz ailənizdə və qohumlarınız arasında böyük problemlər yaradırsız. Özünüzü düzəldin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31