DTX Mədəniyyət mərkəzində 20 yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 yanvardan bu günədək" mövzusunda tədbir keçirilib. Məlumata görə, tədbir 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 yanvardan bu günədək" mövzusunda tədbir keçirilib. Məlumata görə, tədbir 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunub. DTX rəis müavini, general - mayor İlqar Musayev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda, digər şəhər və rayonlarda keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu Azərbaycan xalqına qarşı kütləvi qırğınlar törədib: "Məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini məhv edib sarsıtmaq idi. Amma bu baş vermədi. Xalqımızın qəhrəman övladları şəhidlik zirvəsinə ucaldılar. Tarixə yeni - yeni qəhrəmanlıq, rəşadət, şücaət səhifələri yazıldı. Hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev açıq təhlükə qarşısında qalsa da öz övladları ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib. Sovet İttifaqının paytaxtında bu hərbi cinayətə kəskin etirazını bildirib. Azərbaycan xalqının israrlı tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 20 yanvar hadisələrinin layiqincə qiymətləndirilməsi yolunda ciddi addımlar atıb". İ. Musayev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifə kimi qarşıya qoyub. Tədbirdə Azərbaycanın müstəqillik mübarizəsinə həsr olunmuş videofilm nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31