Türklər və yunanlar arasında növbəti GƏRGİNLİK
Türkiyə və Yunanıstan arasında növbəti gərginlik dəniz sərhədində yaşanılıb. Belə ki, gecə saat 01:40 radələrində Yunan Hərbi Dəniz Qüvvələrinin Nikiforos hücum gəmisi Türkiyənin Kardak adaları bölgəsindəki sərhəd sularını pozub.
18 Yanvar 2018 12:30 DünyaTürkiyə və Yunanıstan arasında növbəti gərginlik dəniz sərhədində yaşanılıb. Belə ki, gecə saat 01:40 radələrində Yunan Hərbi Dəniz Qüvvələrinin Nikiforos hücum gəmisi Türkiyənin Kardak adaları bölgəsindəki sərhəd sularını pozub.
Yaxınlıqdakı Türk Hərbi Qüvvələrinin Sahil Mühafizə gəmisi yunan gəmisinə xəbərdarlıq edib. Ancaq yunan gəmisi xəbərdarlığa məhəl qoymayıb. Türk katerinin açtığı top atəşindən sonra da yunanlar Türk sularını tərk etməyib. Sonda türk dənizçilər yunan gəmisini təkan ilə (taran) itələyərək öz ərazilərindən çıxarıblar. Türk dənizçilərin məharəti nəticəsində gəmilər xəsarət almayıb, ölən və yaralanan olmayıb.
Xəbəri Olaylar.az - ın Türkiyə bürosu yayıb.