Səudiyyəli din alimi Afrikada öldürüldü

Səudiyyə Ərəbistanından olan alim Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib. Bu barədə informasiyanı “Əl Arabiya” televiziyası yayıb. Tuveycirinin Qvineyaya “Ət Tövhid” kitabını şərh etmək və məscid tikintisi üçün getdiyi bildirilib. O, Kantipalanduq şəhərində naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib.

Səudiyyə Ərəbistanından olan alim Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib. Bu barədə informasiyanı "Əl Arabiya" televiziyası yayıb. Tuveycirinin Qvineyaya "Ət Tövhid" kitabını şərh etmək və məscid tikintisi üçün getdiyi bildirilib. O, Kantipalanduq şəhərində naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib.

Qeyd edək ki, hələlik nə Səudiyyə Ərəbistanı, nə də Qvineya Tuveycirinin ölümü ilə bağlı rəsmi informasiya yayıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31