Azərbaycan xalqının birlik və şərəf günü

Qanlı yanvar hadisələrinin 28-ci ili tamam olur. Bir qayda olaraq o dəhşətli gecənin ildönümü ərəfəsində istər ölkə daxilində, istərsə də ondan kənarda, müxtəlif dövlətlərdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən anım tədbirləri təşkil olunur, faciə qurbanları yad edilir. Eyni zamanda həmin anım tədbirlərində hər bir yerli və xarici vətəndaşa bu hadisənin bir qəhrəmanlıq mücəssiməsi, örnəyi olduğu fikri çatdırılır. Bildirilir ki, bu gün Azərbaycanın azad və müstəqil ölkə kimi mövcudluğu məhz 20 Yanvar şəhidlərinin qanı, canı bahasına başa gəlib. Ona görə də bu günü yalnız yas saxlamaq, ağı deməklə anmaq doğru olmazdı. Çünki 20 Yanvar həm də bizim qəhrəmanlıq tariximizdir. Ona görə də bu tarixlə biz həm də fəxr edirik.

Qanlı yanvar hadisələrinin 28-ci ili tamam olur. Bir qayda olaraq o dəhşətli gecənin ildönümü ərəfəsində istər ölkə daxilində, istərsə də ondan kənarda, müxtəlif dövlətlərdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən anım tədbirləri təşkil olunur, faciə qurbanları yad edilir. Eyni zamanda həmin anım tədbirlərində hər bir yerli və xarici vətəndaşa bu hadisənin bir qəhrəmanlıq mücəssiməsi, örnəyi olduğu fikri çatdırılır. Bildirilir ki, bu gün Azərbaycanın azad və müstəqil ölkə kimi mövcudluğu məhz 20 Yanvar şəhidlərinin qanı, canı bahasına başa gəlib. Ona görə də bu günü yalnız yas saxlamaq, ağı deməklə anmaq doğru olmazdı. Çünki 20 Yanvar həm də bizim qəhrəmanlıq tariximizdir. Ona görə də bu tarixlə biz həm də fəxr edirik.

Hər il olduğu kimi bu il də 20 Yanvar faciəsinin həm ölkdə daxilində, həm də xaricdə keçirilməsi məqsədilə müəyyən tədbirlər planı hazırlanıb. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən təsdiqlənən həmin Tədbirlər Planına uyğun olaraq artıq faciənin ildpnümü ilə bağlı mnüvafiq tədbirlərə start verilib desək yanılmarıq. Belə ki, artıq bir sıra xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz və diaspor təşkilatlarımız artıq müvafiq tədbirlər, aksiyaların keçirilməsinə start veriblər. Hər zaman bu kimi əlamətdar hadisələri qeyd edən Danimarka "Vətən" Cəmiyyəti də artıq faciənin 28 illiyinin qeyd edilməsi istiqamətində cari il üçün ilk addımını atıb. Belə ki, Cəmiyyət beynəlxalq təşkilat və qurumlara 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı bəyanat göndərib. Bu barədə məlumat verən "Vətən" Cəmiyyətinin sədri 20 Yanvar faciəsinin ümumxalq hüzn günü olması ilə bərabər həm də bir qəhrəmanlıq tarixi olduöunu diqqətə çatdırıb: "1990 -cı il qanlı 20 Yanvar faciəsindən artıq 28 il keçir. Unudulmasi mümkün olmayan bir qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix təkcə acılarla xatırlanmayan, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş huquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərində, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb olunmuş, hərbi gəmilərdən çıxarılan desant qurupları, tanklar və digər hərbi texnikadan istifadə etməklə dinc əhalini gülləbaran etmiş, nəticədə beynəlxalq hüquq normaları, keşmiş SSRI-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxmış coxmillətli xalqımıza divan tutulmuşdu. Bakiya daxil olan silahlı qoşunlar milliyyətindən , yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhər və şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc günahsız insan yaralanmış, yüzlərlə adam itgin düşmüşdü. Bundan başqa 841 nəfər qanunsuz həbs edilmişdi. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmışdı. Nəticədə tibb işçiləri şəhid olmuşdular". Səfər Sadiqi deyib ki, hətta yanvarəın 20-də Bakıda fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdü. Bakıya hücum zamanı qadağan olunmuş silah və sursatdan istifadə edilmiş, yaralılar yerindəcə güllələnmiş, ağır hərbi texnikanın tırtılları altına salınmışdılar. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv ediblər". Səfər Sadiqi qeyd edib ki, yuxarıda qeyd olunanlarə rəhbər tutaraq, 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasen, beynəlxalq cinayətlərin ən agir növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayətqədər hüquqi sənədlər mövcuddur. Və bütün bunları nəzərə alaraq BMT-nin baş katibi, təşkilatın Tıhlükəsizlik Şurası, BMT-nin İnsan Huquqları üzrə Ali Komisarı, Avropa Komissiyası, Avropa Şurası, Danimarka Parlamenti və bu ölkənin baş nazirinə "Vətən" Cəmiyyəti adından bəyanat ünvanlanıb: "Göstərilənlərə əsasən ümid edirik ki, beynəlxalq qurumlar və dünya ictimayyəti Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı hadisə insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq və cinayətkarlar cəzasız qalmayacaqlar.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31