Gündəm

Türkiyəli deputatlar Milli Məclisdə olublar

18 Yanvar 2018 15:06

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a bildirilib ki, qonaqları komitə sədri Səməd Seyidov salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələri sarsılmaz bir təməl üzərində qurulub, münasibətlərimiz hər zaman başqa dövlətlərə nümunə olub.

Qoyunlar hərbi bazanın fəaliyyətinə mane oldu

18 Yanvar 2018 15:04

Qoyunlar Rumıniyanın cənubunda yerləşən ABŞ- a məxsus Deveselu Hava Hücumundan Müdafiə bazasının əməkdaşlarına çətin anlar yaşadıblar. Belə ki, bazanın yaxınlığında məskunlaşan kəndlilərin qoyunları bazanın ətrafındakı tikanlı məftillərə ilişməkləri nəticəsində  təhlükəsizlik siqnalı işə düşür.

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir

18 Yanvar 2018 15:02

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXVIII ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin  şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. “OLAYLAR” Baş İdarəyə istinadən xəbər verir ki, Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Abdulqafur Böyükfırat,  20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, 20 Yanvar Fondunun sədri Maral  Zamanova, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər. Tədbirdə cıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Ahmed Tecim 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd edib. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib. Ahmed Tecim bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Azərbaycan beynəlxalq turizm sərgisində təmsil olunur

18 Yanvar 2018 15:00

Yanvarın 17-21-i tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən “Fitur 2018” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı təqdim olunur. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sözügedən sərgidə nazirliklə yanaşı “Millennium Tourism”, “ENC”, “Geo Travel”, “Via Caucasus”, “Aristokrat”, “Azerbaijan Travel”, “World Travel”, “Al Travel” turizm şirkətləri və “Gilan Hospitality”, “Marxal” mehmanxanaları  iştirak edir. Sözügedən tədbirdə Nazirliyi Turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

“Ateist olduğumu deyəndə, mənimlə danışmadı”

18 Yanvar 2018 14:59

"Neftçi"dən ayrıldıqdan sonra Qazaxıstana getmək haqda düşünürdüm. Amma mövsümün sonuna qədər "Karvina"da qalası oldum. Bu sözləri "Neftçi" klubunun sabiq futbolçusu Pavel Dreksa deyib.  "Ağ-qaralar"la icarə müqaviləsi başa çatdıqdan sonra "Karvina"ya qayıdan çexiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, Azərbaycandakı karyerası haqda danışaraq, maraqlı fikirlər səsləndirib.

"Arsenal" Obameyanqla danışıqlara başladı

18 Yanvar 2018 14:57

"Arsenal" "Borussia"nın futbolçusu Pyer-Emerik Obameyanqla danışıqlara başlayıb. Bu barədə Britaniya mətbuatı yayıb. London klubu 28 yaşlı hücumçuya müqavilə təklif edib. "Arsenal"ın bu transfer üçün Dortmund təmsilçisinə 56 milyon avro ödəməyə hazır olduğu bildirilir. 

“Əvvəllər komandamızda dopinqdən istifadə adi bir hala çevrilmişdi”

18 Yanvar 2018 14:56

Keçən ilin son aylarında Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) kadr dəyişiklikləri həyata keçirildi və federasiyanın prezidentinin əmri ilə AAAF-da baş məşqçi vəzifəsinə Asif Məmmədov, federasiyanın 1-ci vitse-prezidenti vəzifəsinə isə Tofiq Heydərov təyin olundu. Məlumat üçün bildirək ki, Tofiq Mirhəsən oğlu Heydərov 2010 və 2016-cı illərdə AAAF-ın vitse-prezidenti seçilib. 

Səidənin "Evdə qarıyaram, ona ərə getmərəm" dediyi Elarizə Elzadan GÖZLƏNİLMƏZ TƏKLİF

18 Yanvar 2018 14:55

Dünən ARB-də verilişlərdən birində qonaq olan Elariz Məmmədoğlu "Hədiyyə et özünü" adlı mahnısını ifa etdikdən sonra maraqlı təkliflə qarşılaşıb. Verilişin digər qonağı əməkdar artist Elza Seyidcahan kişi həmkarına mahnısını çox bəyəndiyini bildirib.

Selfidəki detal sayəsində qətlin üstü açıldı

18 Yanvar 2018 14:53

Kanadada törədilən qətlin üstü Facebook-a yüklənən selfi fotosu sayəsində açılıb.  İki illik axtarışlardan sonra Cheyenne Rose Antoine 18 yaşlı rəfiqəsi Brittney Gargol-u öldürdüyünü etiraf edib. Cinayətkarın tapılmasına Feysbuk-a yüklənən şəkil kömək olub. Belə ki, Antoine rəfiqəsi ilə selfi çəkərkən belində olan kəmərlə sonradan cinayət törədib. Selfi cnayətdən əvvəl çəkilib. O, daha sonra rəfiqəsini kəmərlə boğaraq öldürüb, yol kənarına atıb.

Ebru Gündeşin 3 ilədək həbsi istənilir - Rzanın hədiyyəsi Ebruya baha başa gəldi

18 Yanvar 2018 14:51

ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Sərrafın ad günündə hədiyyə etdiyi malikanə müğənni Ebru Gündeşin başına bəla olub. Sənətçi dənizkənarı tarixi malikanədə təmir işləri gördürməsi Mədəniyyət və Təbii Abidələrin Qorunması qanununu pozduğu üçün məhkəməlik olub. Ebrunun 3 ilədək həbsi tələb edilib.

İş adamına və “Riyad”ın əməkdaşlarına hökm oxundu

18 Yanvar 2018 14:50

Bu gün Binəqdi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları - Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevə hökm oxunub.

Mənim deportasiyam hazırlanır - Saakaşvili

18 Yanvar 2018 14:39

Kiyev Apellyasiya Məhkəməsi məni Ukraynada qalmaq üçün sonuncu leqal imkanlarımdan məhrum edə bilər. Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. 

ABŞ Ukraynanı Rusiyaya qarşı silahlandırır - Şamanov

18 Yanvar 2018 14:37

Ukraynada müdafiə sifarişlərinin həcmi və 2018-ci ildə silahlanmadakı artım üçün pullar ABŞ tərəfindən ayrılıb. Bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov danışıb. Şamanov Ukraynanın müdafiə sifarişlərinin və silahlanmanın artımını sabitliyə mane olan faktor kimi qiymətləndirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin bu istiqamətdəki addımları Rusiya üçün təhlükə yaradır.

Dünya başqa planetdən gələn gülərüz sehrbazla belə vidalaşdı - VİDEO

18 Yanvar 2018 14:35

Dünən futbol karyerasına son qoyan braziliyalı ulduz futbolçu Ronaldinyonu formasını geyindiyi klublar unutmayıb. Çempionlar Liqası və Dünya Kubokunun sevinicini yaşayan, 2005-ci ildə “Qızıl Top” mükafatına layiq görülən ulduzun futbolu buraxması sosial mediada böyük əks-səda doğurub.

Azərbaycanın bu bölgəsində hamilələrin 47 faizi TƏHLÜKƏDƏDİR - Baş həkim

18 Yanvar 2018 14:34

Hər il Quba Regional Perinatal Mərkəzində 3000-dən artıq doğuş qəbul olunur. Daxil olan hamilələrin 47%-i risk qrupuna aiddir. Bu sözləri Quba Regional Perinatal Mərkəzin baş həkimi Şəhla Həsənova deyib. Onun sözlərinə görə, risk qrupuna daxil olanlardan 8%-ni ağır preeklampsiyası, 31%-ni orta və ağır dərəcəli anemiyası, 8%-ni xroniki venoz çatmamazlığı olan hamilələr təşkil edib.