Gündəm

Dilçilik İnstitutunun şöbə müdiri yeni orfoqrafiya təkliflərini YIXIB- SÜRÜDÜ

18 Yanvar 2018 15:40

Son günlər orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər cəmiyyətin əsas müzakirə mövzusudur. Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” bir aylıq müzakirə üçün ictimaiyyətə təqdim edilib. Müzakirə əsnasında ortaya çıxacaq məqbul təkliflərə yaşıl işıq da yandırlıb.

Partiya sədri Əli Kərimlini “siyasi fahişə” adlandırdı

18 Yanvar 2018 15:37

“Yadınızdarısa, Hələ Taleh Bağırzadə məsələsində sübuta yetirilmişdi ki, Əli Kərimli müəyyən xarici ölkələrin kəşfiyyat orqanlarına nökərçilik edir”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimli barədə üzə çıxan xəyanətkarlıq faktlarına münasibətini bildirərkən deyib. Müsavatçı rəsminin sözlərinə görə, bu adam tam mənada casus şəbəkəsinin aparıcı üzvüdür. Hətta iddia edirəm və sübut etməyə də hazıram ki, bunların adamları qonşu ölkədə gizli danışıqlar apararaq, ölkəmizdə sabitliyi pozmağa yönəlmiş planlar düzüb-qoşublar: “Həmin vaxtlar özləri də dolayısı ilə etiraf edirdilər ki, tapşırıqlar əsasında işləyirlər. Çox keçmədi, məlum Nardaran hadisələri baş verdi. Ona görə də hər zaman demişəm, Əli Kərimli stabil insan deyil, belə adamlara heç nədə etibar etmək olmaz”.

Regionların iqtisadi inkişafı ölkənin ərzaq təminatında əhəmiyyətli rol oynayır

18 Yanvar 2018 15:35

Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin prioritet hesab etdiyi məsələlərdəndir. Elə bu səbədən də dövlət regionların inkişafı məqsədilə çoxsaylı dövlət proqramları qəbul edib. Onu da diqqətə çatdıraq ki, sözügedən proqramların icrası prezident İlham Əliyevin diqqətindədir.

Kosmetik vasitələrin zərərləri - AÇIQLAMA - VİDEO 

18 Yanvar 2018 15:34

Əgər bir qadın kosmetikadan istifadə etmirsə, deməli, o, özündən çox razıdır. Koko Şanel belə hesab edirdi. Hələ qədim dövrlərdən qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atıblar. Bu istiqamətdə müasir dövrün xanımları öz əcdadlarından qat-qat qabağa gediblər deyə bilərik. Günümüzdə müxtəlif adda yüzlərlə kosmetik vasitə istehsal olunur və satışa çıxarılır.

Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin təkliflərinə müsbət cavab verdi

18 Yanvar 2018 15:32

Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyası Bakı Nəqliyyat Agentliyinin metronun "Koroğlu" stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təklifinə müsbət rəy verib.

ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir"

18 Yanvar 2018 15:30

Son üç gün ərzində ABŞ rəsmiləri ard-arda bir-birini təkzib edən fərqli açıqlamalar veriblər. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.  ABŞ-ın Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarı haqqında Vaşinqton rəsmilərinin son açıqlamalarına münasibət bildirən baş nazir bu addımı yenidən tənqid edib: "ABŞ-ın atdığı addımlar müttfqiləyə yaraşmır. ABŞ qərarını dəyişdirməlidir. Son 3 gündə Birləşmiş Ştatlar rəsmiləri tərəfindən ard-arda fərqli bəyantlar verilib. ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır".

Volkan Bozkırın: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

18 Yanvar 2018 15:29

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. MM-dən “Olaylar”a veriln məlumata görə, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin örnək sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, eyni dilə, eyni dinə, eyni tarixə və adət-ənənələrə malik olduğumuzu qürurla dilə gətirib. Komitə sədri münasibətlərimizin bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu cür səfərlərin qarşılıqlı münasibətlərimizin inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.

Azpetrol şirkəti təkzib edir

18 Yanvar 2018 15:27

Bu gün bir çox saytlar  Bakı Dairəvi yolun Biləcəriyə düşən hissəsində "Azpetrol"a məxsus benzin daşıyan avtomobil aşıb” başlıqlı yazı dərc ediblər. Onu qeyd edək ki, bu məlumat yanlışdır və həqiqəti əks etdirmir. Nəzərinizə çatdırırıq ki, həmin  aşan maşın  Azpetrol şirkətinə məxsus deyil. 

Erməni politoloqlar cəbhədə vəziyyətin kəskinləşəcəyi ilə qorxularını büruzə verdilər

18 Yanvar 2018 15:18

Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazilərinin növbəti görüşü keçiriləcək. Görüş ATƏT Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutur. Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, görüşdə Elmar Məmmədyarov və Eduard Nalbandyandan başqa ATƏT Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Biskonti (Fransa) və İqor Popov (Rusiya) iştirak edəcəklər. Bundan əlavə, ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də Krakova gələcək.

Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası keçirilib

18 Yanvar 2018 15:15

17-18 yanvar 2018-ci il tarixlərində İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin yeni heyətinin ilk iclası işinə başlayıb. Milli Olimpiya Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə AOK-un İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir. Həmçinin, iclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, vitse-prezident Nils Niqaard və İcraiyyəKomitəsinin üzvləri iştirak edirlər.

Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırılıb

18 Yanvar 2018 15:13

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.

20 Yanvarla bağlı internet aksiyası keçiriləcək

18 Yanvar 2018 15:12

Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək. “Olaylar” xəbər verir ki, yanvarın 19-20-də keçiriləcək aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və bu faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Röyanın qayınatası özünü təqsirli bilmədi

18 Yanvar 2018 15:11

"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standartın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Çingiz Cəlilov özünü təqsirli saymayıb.

Külək İstanbulda dalğaları 4 metrədək qaldırdı, İzmiri "qarışdırdı"

18 Yanvar 2018 15:10

Artıq dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün davam edir. Türkiyənin Dəniz Nəqliyyatı İdarəsinin qərarı ilə ötən gün olduğu kimi bu gün də qeyri-sabit hava şəraiti ilə əlaqədar İstanbulda dəniz reysləri təxirə salınıb. Bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək nəticəsində İstanbul sahillərində dalğaların hündürlüyünün 4 metrdən yüksək olduğu bildirilib.

İlham Əliyev itkin düşən alpinistlərlə bağlı məsələni nəzarətə götürdü

18 Yanvar 2018 15:08

Azərbaycanın Baş Nazirinin müavini Abid Şərifov dekabrın 23-də Tufandağ ətrafına səfər edən zaman itkin düşən 3 nəfər azərbaycanlı alpinistin axtarış işləri ilə bağlı vəziyyəti qiymətləndirib.