Volkan Bozkırın: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. MM-dən “Olaylar”a veriln məlumata görə, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin örnək sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, eyni dilə, eyni dinə, eyni tarixə və adət-ənənələrə malik olduğumuzu qürurla dilə gətirib. Komitə sədri münasibətlərimizin bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu cür səfərlərin qarşılıqlı münasibətlərimizin inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. MM-dən "Olaylar"a veriln məlumata görə, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin örnək sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, eyni dilə, eyni dinə, eyni tarixə və adət-ənənələrə malik olduğumuzu qürurla dilə gətirib. Komitə sədri münasibətlərimizin bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu cür səfərlərin qarşılıqlı münasibətlərimizin inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.
Qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlıq edən TBMM-nin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Türkiyə və Azərbaycanın münasibətlərinin sürətli inkişafından sevinc duyduqlarını bidirib. O, Azərbaycanla birlikdə həyata keçirilən nəhəng layihələrdən söz açdı, TAP, TANAP layihələrini, istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Azərbaycanın adına böyük uğur kimi qiymətləndirib. Qonaq əminliyini ifadə edib ki, 2018-ci il Azərbaycan üçün daha uğurlu il kimi yadda qalacaq. Volkan Bozkır Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçən 20 yanvar şəhidlərinə görə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib. O, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına ümidvar olduğunu bildirib, bu yolda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları ilə yanaşı tərəfləri maraqlandıran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31