Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası keçirilib
17-18 yanvar 2018-ci il tarixlərində İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin yeni heyətinin ilk iclası işinə başlayıb. Milli Olimpiya Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə AOK-un İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir. Həmçinin, iclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, vitse-prezident Nils Niqaard və İcraiyyəKomitəsinin üzvləri iştirak edirlər.
18 Yanvar 2018 15:15 Sosial17-18 yanvar 2018-ci il tarixlərində İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin yeni heyətinin ilk iclası işinə başlayıb. Milli Olimpiya Komitəsindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə AOK-un İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir. Həmçinin, iclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, vitse-prezident Nils Niqaard və İcraiyyəKomitəsinin üzvləri iştirak edirlər. AOK-un iclası çərçivəsində adı çəkilən təşkilatın baş katibi və xəzinədarının hesabat çıxışları dinlənildi.Atletlərkomissiyasının mühazirə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.
Əlavə olaraq, Avropa Oyunları və Yeniyetmələrin Avropa Olimpiya Festivalı, həmçinin 39-cu Avropa Olimpiya Komitəsinin seminarı və Pyonçanq 2018 Qış Olimpiya Oyunları müzakirə olunacaqdır.