Gündəm
Xalq artisti: "Ürəyimdə ciddi problemlər var…"
Xalq artisti Yalçın Rzazadə ATV kanalında yayımlanan "Həyat" verilişinin qonağı olub. Hacı Nuran Hüseynovun aparıcılıq etdiyi proqramda sənətçi səhhəti barədə açıqlama verib.
Bu il Ermənistan üçün yeni iqtisadi problemlər qaçılmaz olacaq
"Oliqarxiyanın mövcudluğu və Ermənistanın enerji resursları baxımından Rusiyadan asılılığı ümumilikdə Ermənistana xarici sərmayələrin cəlb edilməsini çətinləşdirir." ABŞ-ın "Jamestown Foundation" analitik mərkəzinin yaydığı açıqlamada belə deyilir.
"Çudo Peçka”nın baş direktoru: “MTN əməkdaşları tərəfindən həbs edildim, məndən 2 milyon manat istədilər"
Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda şahid qismində Ç. Cəlilovun qardaşı Pərviz Cəlilov ifadə verib. O, "Çudo Peçka" şirkətində baş direktor işlədiyini deyib. Bildirib ki, 2001-ci ildə şirkəti yaradıblar: "Orta hesabla ildə 2-3 dükan açırdıq.
Ukraynalı model katibə, “Hilton”da qazaxıstanlı məşuqə, müavinlərə ayda 10 min manat maaş...
Xəbər verdiyimiz kimi, Azərbaycanın və qonşu dövlətlərin hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri məşhur tüfeyli, komfort və bahalı qadınlar həvəskarı Emin Sadiq Moskvada saxlanılaraq Bakıya ekstradisiya edilib. Gur informasiya axınında, əlbəttə ki, bu ad daha vacib hadisə və xəbərlər arasında asanlıqla itə bilərdi. Oxucunu yaxşı mənada heç nə ilə fərqlənməyən bu şəxsin adının və cinayət əməllərinin axtarışları ilə yormamaq üçün onun tarixçəsini qısaca xatırladaq.
Türkiyə XİN başçısı: “ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir”
“ABŞ verdiyi sözə əməl etmədi”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTürk”ə müsahibəsində deyib. “ABŞ-ın açıqlamaları bizi tam qane etmədi. Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan çəkilməklə daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığmız davam edir. ABŞ Rakkadan sonra bizə verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların “təcili” olaraq çəkiləcəyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana boyun olmuşdu. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”, - o vurğulayıb.
Bakıda banka basqın oldu – Son Dəqiqə
“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub. Hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
Saakaşvilinin partiyası yenə səs itirir – Sorğu
Gürcüstanda sabah seçki keçiriləcəyi təqdirdə hakim Gürcü Arzusu koalisiyasına əhalinin 27%-i səs verməyə hazırdır. Bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Suriyadan şok açıqlama: Türkiyəni dərhal vuracağıq
Türkiyədən Afrin istiqamətində hər hansı hərbi əməliyyat təşəbbüsü Suriyaya hücum olaraq qiymətləndiriləcək. Bu barədə Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad danışıb.
Sarkisyan qarabağlını prezident edir
Ermənistanın yeni prezidentinin adı hakim Respublika Partiyasının İcraedici Orqanının iclasından sonra müəyyən olunacaq. Bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.
Qəbirstanlıqdan silah-sursat tapıldı
Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birindən silah-sursat tapılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətməsini etiraf edib.
Qohumunu qətlə yetirən saxlanıb
Saray qəsəbəsindən baş verən qətlin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.
Motoskletlə avtobus toqquşdu-ölən və yaralananlar var
Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar"a verilən məlumata görə, yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi “Zontes” markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub.
Dilçilik İnstitutunun şöbə müdiri "əsgər"in "əskər" olmasına qarşı çıxıb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, Bakı Avrasiya Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Mayıl B. Əsgərov “Azərbaycan dilinin (69 maddədən ibarət) yeni orfoqrafiya qaydaları” haqqında məqalə yazıb. Professor məqaləsində layihədə təklif olunan bəzi dəyişikliklərin əleyhinə çıxıb. Məqaləni təqdim edirik.
Əli Kərimli Sərdar Cəlaloğlunun hədəfində İTTİHAM
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimliyə qarşı apardığı anti-kampaniya tam sürəti ilə davam edir. Zamanında onun “cəbhəçi” sədri müxalifətin "primadonnası” adlandırması məsələsi yenidən gündəmə gəlib və ADP sədri Ə.Kərimlinin feysbukdakı saxta profillərini işlədən söyüş qrupunun hədəfinə düşüb. Ancaq S.Cəlaloğlu bu və ya digər şəkildə öz fikirlərini də çatdırır, üstəlik, ona edilən küfürlərə qarşı daha sərt tonda cavab verir.
Azərbaycan AXC-nin siyasi və mənəvi varisi hesab edilir
“Cənab Prezdentin bu ili AXC ili elan etməsi onu göstərir ki, dövlət başçımız ölkəmizin tarixinə, dövlətçilik ənənələrinə çox həssaslıqla yanaşır və bu gün Azərbaycan dövləti AXC-nin siyasi və mənəvi varisi hesab edilir”. Bu sözləri açıqlamaısnda millət vəkili Azər Badamov deyib.














