Saakaşvilinin partiyası yenə səs itirir – Sorğu
Gürcüstanda sabah seçki keçiriləcəyi təqdirdə hakim Gürcü Arzusu koalisiyasına əhalinin 27%-i səs verməyə hazırdır. Bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.
18 Yanvar 2018 16:10 DünyaGürcüstanda sabah seçki keçiriləcəyi təqdirdə hakim Gürcü Arzusu koalisiyasına əhalinin 27%-i səs verməyə hazırdır. Bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Gürcülərin hakim koalisiyadan sonra ən çox güvəndikləri Vahid Milli Hərəkat Partiyası olub. Mixail Saakaşvilinin partiyasını əhalinin 10%-i dəstəkləməyə hazır olduğunu bildirib. Üçüncü yerdə isə Avropa Gürcüstanı Partiyası (3%) qərarlaşıb. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31