Qəbirstanlıqdan silah-sursat tapıldı

Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birindən silah-sursat tapılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətməsini etiraf edib.

Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birindən silah-sursat tapılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətməsini etiraf edib. Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbristanlıqda R.Məmmədovun gizlətdiyi nömrəsi silinmiş "TT" markalı tapança, 1 ədəd patron darağı və 2 patron aşkar edilərək götürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31