Gündəm
Əfqanıstanda Taliban hücumu nəticəsində 8 nəfər ölüb
“Taliban” radikal qruplaşmasının Əfqanıstanın cənubunda törətdiyi terror hadisəsi nəticəsində ən azı 8 polis əməkdaşı həlak olub, 2 nəfər isə yaralanıb. Bu barədə yerli polis dairələri məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə dünən axşam saatlarında Hilmənd vilayətində baş verib.
Buz dövrünə 2 həftə qaldı – irihəcmli asteroid yaxınlaşır
NASA Yer kürəsinə ən böyük asteroidin yaxınlaşdığı barədə məlumat yayıb. Təxminən 108 min km/saatda Yerə yaxınlaşan asteroidlə bağlı NASA həyəcan təbili çalır. Bildirilir ki, "The 2002 AJ129" kod adlı asteroid təxminən 2 həftəyə planetimizə ən yaxın məsafədə olacaq.
Rusiya bizi məhv edər - Diplomat
Rusiya ilə savaş İsveç xalqının sonu ola bilər. Bunu “Vestmanlands Läns Tidning” qəzetinə müsahibəsində İsveçin Rusiyadakı keçmiş səfiri Sven Xirdman söyləyib. Onun sözlərinə görə, Rusiya və İsveç ictimaiyyətləri arasında etibar səviyyəsi yüksəlməlidir:
Rusiyada məktəb təxliyə olundu - Səbəb qaz balonu
Rusiyanın Krasnodar şəhərində məktəblərin birindən mindən çox şagird və müəllim təxliyə olunub. Məlumata görə, hadisəyə ilkin səbəb olaraq qaz balonunun sızması göstərilir.
Ermənistanda hökumət laxlayır - Nazir istefa verdi
Ermənistanın energetik infrastrukturu və təbii resurslar naziri Aşot Manukyan istefa verib. Məlumata görə, istefa barədə erməni mətbuatında xəbər verilib.
"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir. Bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot deyib. O bildirib: "Münaqişənin həllinə yönəlmiş istənilən görüş bizim üçün arzuolunan və gözləniləndir. Bu məsələ yalnız danışıqlar yolu ilə həll edilə bilər".
Qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanıb
Qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-də Balakən rayon sakini Nurlan Sabirovun aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər həyata keçirilib.
Qeydiyyatdan keçməyən 400 ədəd dini ədəbiyyat müsadirə edilib
Paytaxtda qeydiyyatdan keçməyən dini ədəbiyyatın satılması faktı aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunun Sülh küçəsində yerləşən “Ənsar” mağazasına baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 400 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.
Bakıda 3 otaqlı ev yanıb
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 m2 olan 3 otaqlı tikintisi başa çatmamış evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, içərisinə yığılmış taxta tullantıları 10 m2 və bitişik ümumi sahəsi 120 m2 olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Asif Əsgərov: “20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir”
Yanvarın 18-də 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar.
Elə öskürdü ki, qabırğası sındı
ABŞ-ın Massaçusets ştatının sakininin güclü öskürək nəticəsində qabırğası sınıb. Məlumata görə, xəstəxanadan bildirilib ki, bir müddət tibb müəssisəsinə öskürək və sağ tərəfində ağrılar şikayəti ilə 66 yaşlı qadın müraciət edib.
Azexport.az portalına 74 ölkədən 475 milyon dollar dəyərində sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin yanvar ayı üçün sayı təqdim olunub. “Olaylar” xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib.
Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb. Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama
20 Yanvar günü məktəblilər dərsə gedəcəklər. Bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Ümumxalq Hüzn Gününün qeyri-dərs günü olub-olmaması ilə bağlı suallara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu cür özəl günlərdə dərslərin olub-olmamasına Təhsil Nazirliyi qərar vermir: “Nazirlər Kabinetinin bununla bağlı qərarı olmalıdır. Hələlik heç bir qərar olmadığına görə ötən illərdən fərqli olaraq, şənbə günləri dərs saatı olan şagirdlər məktəbə gedəcəklər”.
Suriya hökuməti: Türkiyə hərbi təyyarələri ölkə ərazisinə daxil olsa, vurulacaq
Suriya hökuməti Türkiyənin ölkənin şimalındakı Afrin bölgəsində hərbi əməliyyata hazırlaşmasına münasibət bildirib. Suriyaxarici işlər nazirinin müavini Feysal Mikdad dövlət televiziyasına müsahibəsində Türkiyənin Afrinə yönəlmiş hər hansı hərbi əməliyyatının ölkəyə hücum kimi qiymətləndiriləcəyini bildirib. "Əgər Türkiyə hərbi təyyarələri hücuma keçərsə, Suriya hava hücumundan müdafi sistemi türk təyyarələrini yox etməyə hazırdır", - deyə o söyləyib.














