Azexport.az portalına 74 ölkədən 475 milyon dollar dəyərində sifarişi daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin yanvar ayı üçün sayı təqdim olunub. “Olaylar” xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin yanvar ayı üçün sayı təqdim olunub. "Olaylar" xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24 faiz artıb. Qeyd edilən müddətdə ixrac əməliyyatlarında 1923 subyekt iştirak edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2017-ci il ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib (553 milyon ABŞ dolları). 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci olub (151.6 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (125.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (114.5 milyon ABŞ dolları) tutub. Ümumiyyətlə isə ötən il ərzində meyvə-tərəvəz ixracı 503 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 118 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 101 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 83 milyon, kimya sənayesi məhsullarının ixracı 80 milyon, pambığın ixracı 52 milyon, elektrik enerjisinin ixracı 51 milyon, şəkərin ixracı 39 milyon, çayın ixracı 10 milyon ABŞ dolları təşkil edib.
2016-cı illə müqayisədə 2017-ci ildə pambığın ixracı 2.1 dəfə, elektrik enerjisinin ixracı 80 faiz, tütün və tütünün sənaye əvəzedicilərinin ixracı 72 faiz, çayın ixracı 66 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, meyvə-tərəvəzin ixracı 35 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20 faiz, spirtli və spirtsiz içkilərin ixracı 17 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 2 faiz artıb. Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə 457 subyekt tərəfindən 151.7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
Dekabr ayı üzrə ixrac olunan əsas mallar xurma, tomat (pomidor) qabığı təmizlənmiş meşə fındığı, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, metanol (metil spirti) və s. olub. Dekabr ayında xurmanın ixracının dəyəri 20.9 milyon ABŞ dolları, pomidorun ixracının dəyəri 11.4 milyon ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 9.9 milyon ABŞ dolları təşkil edib. Ümumiyyətlə 2017-ci ildə 2016-cı illə müqayisədə pomidor ixracı 61 faiz, xurma ixracı 32 faiz, fındıq ləpəsi ixracı 9 faiz, almanın ixracı 30 faiz artıb. 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycandan ixrac olunun malların çeşidi də 9 faiz çoxalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31