Əfqanıstanda Taliban hücumu nəticəsində 8 nəfər ölüb
“Taliban” radikal qruplaşmasının Əfqanıstanın cənubunda törətdiyi terror hadisəsi nəticəsində ən azı 8 polis əməkdaşı həlak olub, 2 nəfər isə yaralanıb. Bu barədə yerli polis dairələri məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə dünən axşam saatlarında Hilmənd vilayətində baş verib.
18 Yanvar 2018 17:12 Dünya"Taliban" radikal qruplaşmasının Əfqanıstanın cənubunda törətdiyi terror hadisəsi nəticəsində ən azı 8 polis əməkdaşı həlak olub, 2 nəfər isə yaralanıb. Bu barədə yerli polis dairələri məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə dünən axşam saatlarında Hilmənd vilayətində baş verib.
Qeyd edək ki, "Taliban" radikal qruplaşması 8 nəfərin ölümünə səbəb olan hücumu öz üzərinə götürüb. Azadinform xarici mətbuata istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31