Bu il Ermənistan üçün yeni iqtisadi problemlər qaçılmaz olacaq
"Oliqarxiyanın mövcudluğu və Ermənistanın enerji resursları baxımından Rusiyadan asılılığı ümumilikdə Ermənistana xarici sərmayələrin cəlb edilməsini çətinləşdirir." ABŞ-ın "Jamestown Foundation" analitik mərkəzinin yaydığı açıqlamada belə deyilir.
18 Yanvar 2018 16:21 Dünya"Oliqarxiyanın mövcudluğu və Ermənistanın enerji resursları baxımından Rusiyadan asılılığı ümumilikdə Ermənistana xarici sərmayələrin cəlb edilməsini çətinləşdirir." ABŞ-ın "Jamestown Foundation" analitik mərkəzinin yaydığı açıqlamada belə deyilir.
Mərkəzin açıqlamasında bildirir: "Şübhə yoxdur ki, prezident Serj Sarkisyan və Ermənistanın Respublikaçılar Partiyası bu il planlaşdırıldığı kimi, parlament sisteminə keçidi başa çatdırdıqdan sonra ölkə qarşısında yeni iqtisadi problemlər qaçılmaz olacaq".
Qeyd olunub ki, Ermənistan hökuməti bu il Qərblə Rusiya arasında manevrləri davam etdirəcək və iqtisadiyyatın, sosial sahənin yaxşılaşdırılması istiqamətində praktiki olaraq heç bir addım atmadan genişmiqyaslı etiraz aksiyalarının qarşısını almağa çalışacaq. Report.az