Motoskletlə avtobus toqquşdu-ölən və yaralananlar var

Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar"a verilən məlumata görə, yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi “Zontes” markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub.

Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi "Zontes" markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi "Daewoo" markalı avtobusa vurub. Nəticədə T.Mürsəlzadə hadisə yerində ölmüş, sərnişini, Bakı şəhər sakini Rövşən Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31