Sarkisyan qarabağlını prezident edir

Ermənistanın yeni prezidentinin adı hakim Respublika Partiyasının İcraedici Orqanının iclasından sonra müəyyən olunacaq. Bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.

Ermənistanın yeni prezidentinin adı hakim Respublika Partiyasının İcraedici Orqanının iclasından sonra müəyyən olunacaq. Bu barədə informasiyanı "Qraparak" qəzeti yayıb.

"Maraqlı məqam odur ki, hazırda prezidentliyə hakim partiyadan əsas namizədlərdən biri kimi hətta arxiyepiskop Navasard Kçoyanın adı çəkilir. Lakin bəzi mənbələr namizədin ya Arkadi Qukasyan, ya da hazırda Londonda yaşayan keçmiş diplomat Armen Sarkisyanın olacağını iddia edirlər. Prezidentliyə namizədin adı 28 yanvarda Serj Sərkisyan tərəfindən elan ediləcək", - qəzet yazıb.

Qeyd edək ki, Arkadi Qukasyan qondarma Dağlıq Qarabağ rejiminin keçmiş rəhbəridir. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31