Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırılıb

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir. Fərqlənənlər "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi", "Ədalətli oyun prinsiplərinə sadiq təbliğatçı", "Ədalətli oyun prinsiplərinə sadiq hakim", "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi", "Ədalətli oyun prinsiplərinə sadiq idmançı" nominasiyaları üzrə mükafatlandırılırlar. AGF-dən "OLAYLAR"-a bildirilib ki, 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci açıq Respublika turnirində bir qrup idman mütəxəssisi Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 4 nominasiya üzrə mükafatlandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31