20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXVIII ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. “OLAYLAR” Baş İdarəyə istinadən xəbər verir ki, Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Abdulqafur Böyükfırat, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, 20 Yanvar Fondunun sədri Maral Zamanova, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər. Tədbirdə cıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Ahmed Tecim 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd edib. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib. Ahmed Tecim bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
18 Yanvar 2018 15:02 SosialBakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXVIII ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. "OLAYLAR" Baş İdarəyə istinadən xəbər verir ki, Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Abdulqafur Böyükfırat, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, 20 Yanvar Fondunun sədri Maral Zamanova, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər. Tədbirdə cıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Ahmed Tecim 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd edib. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib. Ahmed Tecim bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
BŞGİBİ-nin rəisi Raqif Abbasov 20 Yanvar faciəsinin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığı xalqımızın hər zaman xatırlayacağını qeyd edib. O, gənclərin 20 Yanvar hadisələrini daha dərindən öyrənməli olduqlarını bildirib.
Çıxışlardan sonra müsabiqədə I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırılıb.