Mənim deportasiyam hazırlanır - Saakaşvili
Kiyev Apellyasiya Məhkəməsi məni Ukraynada qalmaq üçün sonuncu leqal imkanlarımdan məhrum edə bilər. Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
18 Yanvar 2018 14:39 DünyaKiyev Apellyasiya Məhkəməsi məni Ukraynada qalmaq üçün sonuncu leqal imkanlarımdan məhrum edə bilər. Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. "Onlar mənim Ukraynadan deportasiyamı sürətləndirirlər. Mənim bir müddət əvvəl çıxarılan qərardan şikayət etmək üçün 30 günüm var idi. 30 günü gözləmədən Miqrasiya Xidməti özü udduğu məhkəmədən şikayət verdi. Bu ona görə edilib ki, məhkəmə bazar ertəsi olsun, çərşənbə axşamı isə məni Ukraynada qalmaq üçün bütün leqal sənədlərdən məhrum etsinlər", - deyə o bildirib. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31