Qoyunlar hərbi bazanın fəaliyyətinə mane oldu
Qoyunlar Rumıniyanın cənubunda yerləşən ABŞ- a məxsus Deveselu Hava Hücumundan Müdafiə bazasının əməkdaşlarına çətin anlar yaşadıblar. Belə ki, bazanın yaxınlığında məskunlaşan kəndlilərin qoyunları bazanın ətrafındakı tikanlı məftillərə ilişməkləri nəticəsində təhlükəsizlik siqnalı işə düşür.
18 Yanvar 2018 15:04 DünyaQoyunlar Rumıniyanın cənubunda yerləşən ABŞ- a məxsus Deveselu Hava Hücumundan Müdafiə bazasının əməkdaşlarına çətin anlar yaşadıblar. Belə ki, bazanın yaxınlığında məskunlaşan kəndlilərin qoyunları bazanın ətrafındakı tikanlı məftillərə ilişməkləri nəticəsində təhlükəsizlik siqnalı işə düşür.
Hadisə ilə əlaqədar hərbi bazanın komandiri və kəndlilər bir-birlərindən şikayət edirlər. Kəndlinin torpağını müsadirə etmək istəyənlərə kəndli haqlı olaraq bildirir ki, "qoyunlar insana bənzəmir və mən onları necə başa salmaq olar ki, tikanlı məftillərə yaxın getməsinlər" - deyirlər. Kəndlilər onlara yeni torpaq sahəsi verildiyi halda bazanın ətrafından çıxacaqlarını açıqlayıblar.
Xəbəri Olaylar.az - ın Türkiyə bürosu yayıb.