Qazaxıstandakı faciənin təfərrüatları məlum olub
“Qazaxıstanın Aktobe vilayətində yanmış avtobusun yan qapısı kilidlənib və bu da evakuasiyaya mane olub”. Bunu vilayətin daxili işlər departamentinin mətbuat xidmətinin nümayəndəsi Vitali Sinev deyib. O, qeyd edib ki, ilkin ehtimala görə yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub: “Avtobus dayanıb. Bütün sürücülər avtobusdan çıxıb. Sərnişinlər çıxışa doğru qaçmağa başlayan zaman yan qapı kilidlənib”.
18 Yanvar 2018 14:23 Dünya"Qazaxıstanın Aktobe vilayətində yanmış avtobusun yan qapısı kilidlənib və bu da evakuasiyaya mane olub". Bunu vilayətin daxili işlər departamentinin mətbuat xidmətinin nümayəndəsi Vitali Sinev deyib. O, qeyd edib ki, ilkin ehtimala görə yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub: "Avtobus dayanıb. Bütün sürücülər avtobusdan çıxıb. Sərnişinlər çıxışa doğru qaçmağa başlayan zaman yan qapı kilidlənib".
Hazıra çoxsaylı insan tələfatına səbəb olan dəhşətli yol-nəqliyyat hadisənin səbəblərinin araşdırılması, qəzada xəsarət alanlara və həlak olanların ailələrinə yardım göstərilməsi üçün xüsusi hökumət komissiyası yaradılıb. Komissiyanın tərkibinə hüquq mühafizə və digər orqanların nümayəndələri daxildir.
Qeyd edək ki, Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb. AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir.