Rusiyanın Ukraynaya müdaxiləsi peykdən çəkildi - UNİKAL KADRLAR
Rusiya ordusunun Ukraynaya müdaxiləsini sübut edən unikal kadrlar yayılıb. Şəkillər “GlasnostGone” adlı bloger tərəfindən dərc edilib. Kadrlara görə, Rusiyanın birinci “humanitar karvanı” Ukraynaya 2014-cü il avqustun 22-də girib. “Peykdən çəkilən bu şəkillər “humanitar yardım” haqqında Rusiyanın yalanına yekun vurur”, - o yazıb.
18 Yanvar 2018 14:02 DünyaRusiya ordusunun Ukraynaya müdaxiləsini sübut edən unikal kadrlar yayılıb. Şəkillər "GlasnostGone" adlı bloger tərəfindən dərc edilib. Kadrlara görə, Rusiyanın birinci "humanitar karvanı" Ukraynaya 2014-cü il avqustun 22-də girib. "Peykdən çəkilən bu şəkillər "humanitar yardım" haqqında Rusiyanın yalanına yekun vurur", - o yazıb.
2015-cü il avqustun 22-də 145 avtomobil heç bir razılıqsız və Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müşayiəti olmadan "İzvarino" sərhəd-keçid məntəqəsindən Ukraynanın dövlət sərhədini keçib. Avqustun 23-də isə "humanitar karvan"ın bütün maşınları Ukraynanın ərazisini tərk ediblər. Publika.az "Obozrevatel" nəşrinə istinadən xəbər verir.