Tramp Netanyahunun Qüdslə bağlı bəyanatını təkzib etdi

ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi bu il baş tutmayacaq. Bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”.

ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi bu il baş tutmayacaq. Bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: "Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir".

Xatırladaq ki, B.Netanyahu ötən gün ABŞ-ın öz səfirliyini ilin sonunadək Tel-Əvivdən Qüdsə köçürəcəyini bəyan edib.

Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin ora köçürüləcəyini bildirib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31