İstehlak məhsullari və xidmətlər bahalaşıb

Ötən il istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 45,3 milyard manat olmaqla, 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz artıb.

Ötən il istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 45,3 milyard manat olmaqla, 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz artıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsini real ifadədə 2,4 faiz üstələyərək 43,5 milyard manata bərabər olub. Onun 52,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.Hesabat ilində bir istehlakçı orta hesabla ayda 387,9 manatlıq və ya 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 48,8 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə edib. Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 2,5 faiz artaraq 35,3 milyard manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31