Gündəm

Yıldırım: Türkiyənin məqsədi sərhədlərinin təhlükəsizliyini təmin etməkdir

19 Yanvar 2018 15:03

Türkiyənin məqsədi öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Məlumata görə, bunu Suriyanın Afrin şəhərində gözlənilən hərbi əməliyyatlar barədə danışan Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O qeyd edib ki, hər bir ölkənin öhdəliyi öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Deputat: Danışıqlara birbaşa təsir edən cəhət məhz etimad mühitinin yaranmasıdır

19 Yanvar 2018 15:01

Yanvarın 18-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməsi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinin intensivliyini qoruyub saxlamasından xəbər verir.

Keçən il YAP-a 24 min yeni üzv qəbul olunub

19 Yanvar 2018 15:00

 Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın partiyaya istinadən verdiyi xəbərə görə, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda İslam həmrəyliyi ili çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də, IV İslam həmrəyliyi oyunlarının paytaxt Bakıda keçirilməsi olub.

“20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü keçirilir

19 Yanvar 2018 14:58

20 yanvar faciəsi ilə bağlı Gənclər Təşkilatları Milli Şurası tərəfindən “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət gününə start verilib. Təşkilatdan “OLAYLAR”-a bildirilib ki, kampaniya 20 yanvar 1990-ci ildə baş vermiş faciə haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaq məqsədi ilə keçirilir. Fəaliyyət müddətində ilkin olaraq faciə ilə bağlı məlumatlar toplanaraq, müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yaradılır.

Özbəkistanda 20 Yanvar şəhidləri anılıb

19 Yanvar 2018 14:57

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, məktəblilər, jurnalistlər iştirak ediblər.

Bakcell və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir

19 Yanvar 2018 14:50

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi  Bakcell şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsinə start verib.

1990-cı ilin yanvar hadisələri: ermənilərin Naxçıvanı işğal etmək planı necə pozuldu?

19 Yanvar 2018 14:47

20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdi. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu. Ermənilərin yanvarın 19-da ciddi cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi isə onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar olublar. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.

"Bu qətnamə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir"

19 Yanvar 2018 14:37

"İrqçi təşkilat olan Amerika erməni milli komitəsinin sifarişi ilə irəli sürülən qətnamədə məqsəd hal-hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv və intensiv əsasda aparılan danışıqları, regionda davamlı sülh və sabitliyin təmin olunması səylərini pozmaqdır. Bu qətnamə saxta və yalan məlumatlara əsaslanır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir".

Fransada jandarm qüvvələri ilə həbsxana nəzarətçiləri toqquşdu

19 Yanvar 2018 14:35

Fransada jandarm qüvvələri ilə Paris yaxınlığındakı Flöri-Meroji həbsxanasının nəzarətçiləri arasında toqquşma baş verib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edən nəzarətçilər həbsxanaya girişi bağlayıb. Aksiyanı dağıtmaq üçün jandarmlar gözyaşardıcı qazdan istifadə ediblər.

Ermənistanın dövlət borcu kəskin artdı

19 Yanvar 2018 14:34

Ermənistanın dövlət borcu ötən il ərzində kəskin artıb və 2017-ci il dekabrın 31-dək olan vəziyyətə görə, 6 milyard 774,6 milyon dollar təşkil edib. Borcun böyük hissəsi - 6 milyard 173,1 milyon dollar Ermənistan hökumətinin borcudur. Bu məbləğdən 4 milyard 893,4 milyon dollarını xarici borc təşkil edir.

“20 Yanvar şəhidləri” kataloqu təqdim olundu

19 Yanvar 2018 14:29

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar şəhidləri” kataloqunun təqdimatına həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki,  kataloq Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr edilib. Tədbirdə 20 yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse prezidenti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının aparat rəhbəri, məktəblilər və KİV nümayəndələri iştirak etmişdilər.

Daha bir nəticəsiz Qarabağ danışıqları

19 Yanvar 2018 14:28

Nəhayət ki, keçən ildən səbirsizliklə gözlənilən, bir çox hallarda böyük ümidlər bəslənilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutan bu dəfəki görüş də əvvəlkilər kimi ümidləri doğrultmadı desək yanılmarıq.

Siqaret çəkənləri kim cərimələyəcək?

19 Yanvar 2018 14:26

Artıq “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun xeyli müddətdir ki, qüvvədədir və icrasına atart verilib. Lakin qanunda nəzərdə tutulan müddəaların izrası ilə bağlı müəyyən anlaşılmazlaıq yaranıb.

15024 obyekt, 5446 mənzil mühafizə idarəsi tərəfindən qorunur

19 Yanvar 2018 14:23

Hazırda Baş Mühafizə İdarəsinin qüvvə və vasitələri ilə dövlət, eləcə də özəl mülkiyyətə məxsus 15024 obyekt, o cümlədən 5446 mənzil qorunur. Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 11851 vahid təşkil edib.

Azərbaycan xalqına qarşı törədilmiş cinayət

19 Yanvar 2018 14:22

Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib. Tarix İnstitutundan verilən məlumata görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb.