“20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü keçirilir
20 yanvar faciəsi ilə bağlı Gənclər Təşkilatları Milli Şurası tərəfindən “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət gününə start verilib. Təşkilatdan “OLAYLAR”-a bildirilib ki, kampaniya 20 yanvar 1990-ci ildə baş vermiş faciə haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaq məqsədi ilə keçirilir. Fəaliyyət müddətində ilkin olaraq faciə ilə bağlı məlumatlar toplanaraq, müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yaradılır.
19 Yanvar 2018 14:58 Siyasət20 yanvar faciəsi ilə bağlı Gənclər Təşkilatları Milli Şurası tərəfindən "20 Yanvar" - Gənclər Təşkilatlarının fəaliyyət gününə start verilib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, kampaniya 20 yanvar 1990-ci ildə baş vermiş faciə haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaq məqsədi ilə keçirilir. Fəaliyyət müddətində ilkin olaraq faciə ilə bağlı məlumatlar toplanaraq, müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yaradılır. Paylaşımlar zamanı #20January və #xetde həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar ediləcək, 20 yanvar faciəsi ilə bağlı həqiqətləri özündə əks etdirən şəkillərlə paylaşımlar və məlumatlar yerləşdiriləcək. Sosial şəbəkələrdə xüsusi qeyd olunmuş həştəqlərlə paylaşımlarla yanaşı fəaliyyət çərçivəsində gənclər Facebook sosial şəbəkəsində örtük şəkli və e-poçt ünvanlarında imza bölməsində bannerdən istifadə edəcəklər. Fəaliyyət çərçivəsində həmçinin, Facebook sosial şəbəkəsində gənclər öz profil şəkillərində "20 Janvar" adlı çərçivəni tədbiq edərək kampaniyaya dəstək olacaqlar. Fəaliyyətlərə qoşulmaq istəyən gənclər www.20yanvar.nayora.az saytına daxil olaraq kampaniya ilə bağlı təlimatlarla tanış ola bilərlər.