Keçən il YAP-a 24 min yeni üzv qəbul olunub

 Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın partiyaya istinadən verdiyi xəbərə görə, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda İslam həmrəyliyi ili çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də, IV İslam həmrəyliyi oyunlarının paytaxt Bakıda keçirilməsi olub.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın partiyaya istinadən verdiyi xəbərə görə, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda İslam həmrəyliyi ili çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də, IV İslam həmrəyliyi oyunlarının paytaxt Bakıda keçirilməsi olub.

İclasda qeyd edilib ki, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib. 2017-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 8 315 436 manat olub. Bunun 7 173 280 manatını üzvlük haqları, 1 142 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31