Siqaret çəkənləri kim cərimələyəcək?
Artıq “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun xeyli müddətdir ki, qüvvədədir və icrasına atart verilib. Lakin qanunda nəzərdə tutulan müddəaların izrası ilə bağlı müəyyən anlaşılmazlaıq yaranıb.
19 Yanvar 2018 14:26 SosialBu məsələdə hüquqi və fiziki şəxslər hansı məsuliyyəti daşıyırlar?
Artıq "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun xeyli müddətdir ki, qüvvədədir və icrasına atart verilib. Lakin qanunda nəzərdə tutulan müddəaların izrası ilə bağlı müəyyən anlaşılmazlaıq yaranıb. Xüsusən, qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət məsələsi, eləcə də siqaret çəkənlər üçün hüquqi şəxslər tərəfindən yaradılacaq şəraitin müəyyən edilməsilə bağlı məsələlər müzakirə predmetinə çevrilib. Bəs, əslində qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı sanksiyaları hansı orqan tətbiq etməlidir, belə halda hüquqi şəxslərin məsuliyyəti nədən ibarətdir?
Əvvala xatırladaq ki, sözügedən qanuna əsasən səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək. Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq. Xüsusilə qeyd edək ki, qanuna əsasən, siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarına buraxılıb. Bələdiyyələr də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması sahəsində addımlar atacaqlar.
Ancaq sözhbətin hansı addımların atılacağaından getdiyi məlum olmadığından son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr aparılır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib ki, İnzibati Xətalar Məccələsində bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var: "Məsələn, İnzibati Xətalar Məccələsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məccələsinin 212.2. maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "Siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər". Deputat bildirib ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.
"Belə ki, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə Prezidentin fərmanı var. Fərmana əsasən İnzibati Xətalar Məcələsinin 212.1. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, məcəllənin 212.2. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Fövqəladə Hallar Nazirliyi baxır. Deməli, mövcud qanunvericiliyə əsasən, idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti FHN-ə (212.2), fiziki şəxslər barəsində (212.1) isə DİN-ə verilib". V.Hüseynov deyib ki, qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir: "Yeni qəbul olunmuş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, siqaret tütün məmulatlarının bir növüdür. Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir. İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 212-ci maddəsi isə sadəcə siqaretin adını çəkir. Məcəllədə yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Milli Məclisin yaz sessiyasında dəyişiklik edildikdə bu məsələlər daha aydın müəyyən ediləcək".
Səhiyyə Nazirliyindən isə bildirilib ki,cari ildə ilkin səhiyyə xidmətlərində tütündən imtina üzrə tibbi məsləhət kabinetlərinin yaradılması nəzərdə tutulub. məhdudlaşdırılması haqqında" qanunda göstərildiyi kimi kabinetin yaradılmasında məqsəd siqaretdən qurtulmaq istəyənlərə yardım göstərməkdir. Qanunda həmçinin tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəlmiş tibbi yardımın göstərilməsi də əksini tapıb. Odur ki, sözügedən məsələ ilə bağlı müraciət edənlərlə psixoloji iş aparılacaq. Qeyd edək ki, bir müddt əvvəl də Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "qaynar xətt" yaradılmışdı. Kabinetdə siqaret çəkənlərin orqanizmində baş verən dəyişikliklər, siqaretin tərkibinə qatılan kimyəvi maddələr haqqında məlumatlar verilirdi, xüsusi vasitələrlə siqaretin cibə və ağciyərə vurduğu zərər hesablanırdı. Yeni yaradılacaq kabinetlərdə də əvvəlki təcrübədən istifadə ediləcək. Milli Məclisin deputatı Musa Quliyev deyib ki, qanunun icrasına hansı qurumun nəzarət edəcəyindən asılı olmayaraq, qapalı məkanlarda siqaret çəkmək qadağandır: "Qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerin ayrılması sahibkarın imkanına və istəyinə bağlıdır. Sahibkar istəsə, məkanda siqaret çəkmək üçün xüsusi yer ayıra bilər. Xüsusi yerdə balaca və güclü ventilyasiya sistemi olmalıdır. Amma bu o demək deyil ki, siqaret çəkmək üçün ayrı salon ayrılacaq və ya ayrıca bir restoran olacaq ki, ora ancaq siqaret çəkənlər gəlsin".
Nurlan