15024 obyekt, 5446 mənzil mühafizə idarəsi tərəfindən qorunur

Hazırda Baş Mühafizə İdarəsinin qüvvə və vasitələri ilə dövlət, eləcə də özəl mülkiyyətə məxsus 15024 obyekt, o cümlədən 5446 mənzil qorunur. Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 11851 vahid təşkil edib.

Qeyd olunan obyektlər üzrə mühafizənin etibarlığı 100 faiz təmin olunub. Odur ki, vətəndaşlar, sahibkarlar və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri bilməlidirlər ki, mühafizə polisinin xidmətlərindən istifadə edən zaman, qurumun tabeliyində olan geniş maddi-texniki imkanların köməkliyi və şəxsi heyətin sıralarında olan yüksək nizam-intizamın nəticəsində, onların əmlakları cinayətkar qəsdlərdən etibarlı mühafizə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31