“20 Yanvar şəhidləri” kataloqu təqdim olundu

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar şəhidləri” kataloqunun təqdimatına həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki,  kataloq Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr edilib. Tədbirdə 20 yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse prezidenti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının aparat rəhbəri, məktəblilər və KİV nümayəndələri iştirak etmişdilər.

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində "20 Yanvar şəhidləri" kataloqunun təqdimatına həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki,  kataloq Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr edilib.

Tədbirdə 20 yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Respublikası "Qadın və İnkişaf" Mərkəzinin vitse prezidenti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının aparat rəhbəri, məktəblilər və KİV nümayəndələri iştirak etmişdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verdi. O, bildirdi ki, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ Silahlı Qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto və əşyaların toplanması işini həyata keçirir. Hazırda 300-dən artıq eksponat Muzeyin müvafiq fondlarında qorunmaqdadır.

Sonra tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31