Gündəm
52 yaşında əkiz uşaq dünyaya gətirdi - AZƏRBAYCANDA
Azərbaycanda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirib. Uşaqlar Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyaya gəlib. Bu, 52 yaşlı qadının ikinci hamiləliyi olub. O, ilk dəfə 48 yaşında ana olub.
Moskva icazə verməyəcəyi halda... - Türkiyənin “B planı” HAZIRDIR
Rusiya Afrin əməliyyatında hava məkanından istifadə üçün Türkiyəyə icazə verməyəcəyi halda, Ankara “B planı”nı tətbiq edəcək. Bu haqda “Haber7” saytı yazıb. Xəbərə görə, Ankara-Moskva xəttində Afrin əməliyyatı ilə bağlı danışıqlar davam etdirilir. Bildirilir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidanın Moskvaya dünənki səfərinin əsas gündəmi də məhz Afrin əməliyyatı olub.
Sürücüləri çaşdıran işıqfor: cərimə yazıla bilərmi?
Nizami rayonu, Qara Qarayev prospektində 2 işıqfordakı rəqəmli tablolar bir müddətdir sürücülərdə çaşqınlıq yaradır. Bu barədə məlumat verən sürücülər bildiriblər ki, rəqəmli işıqforlarda geri sayım 1-ə qədər öz axarı ilə gedir, 1-ə çatandan sonra isə yaşıl işığın yanması üçün növbəti rəqəmlər gəlmir. Arada əlavə olaraq 4-5 saniyə fasilə yaranır və daha sonra işıqforun növbəti rəqəmləri görünür.
"Barselona"da daha bir müqavilə
"Barselona"da daha bir yeni müqavilə gerçəkləşib. Məlumata görə, Kataloniya təmsilçisi yarımmüdafiəçi Serji Roberto ilə müqaviləni uzadıb. İspaniya millisinin üzvü ilə 2022-ci ilə kimi saziş bağlanılıb. Onun sərbəst qalma qiyməti isə 500 milyon avro təyin edilib.
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının toplantısı keçirilib
Fransanın Paris şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) İcraiyyə Şurasının iclası keçirilir. “OLAYLAR” xəbər verir ki, iclasda Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı - Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir.
“Ermənilər asılılıqlarını bir az azaltmaq istəyirlər”- ŞƏRH
“İrəvanda keçirilən dəyirmi masada Ermənistanın bir qrup siyasətçisi və eksperti təklif edib ki, ölkənin suverenliyini bərpa etmək məqsədilə Türkiyə və İranla sərhəddin qorunması Rusiyadan alınsın. Bu bir etirafdır ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın vilayətidir. Bir ölkənin sərhəddini başqa dövlətin hərbi birlikləri qoruyursa, o necə müstəqil ola bilər? Ona görə də Ermənistanda buna qarşı gizli etiraz açıq şəkil alıb”. Məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Ermənistanın iqtisadiyyatı çöküb AÇIQLAMA
“Azərbaycan qazının basqa bir ölkə vasitəsiylə Ermənistana satılması xəbəri doğru və inandırıcı deyil. Azərbaycan özü Ermənistanı bütün layihələrdən kənarda tutur”. Bu sözləri iqtisadçı İlham Şaban deyib.
Münaqişənin həlli ilə bağlı kreativ təkliflər nədən ibarətdir?- RƏYLƏR
Xəbər verildiyi kimi ötən gün Azərbaycan və Ermənistan XİN başçıları - Elmar Məmmədyarov və Edvard Nalbadyan arasında Polşanın Krakov şəhərində görüş keçirilib. Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun görüşlə bağlı verdiyi açıqlamaya görə, 6 saat davam edən görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.
Öz gözündə tiri görməyənlər…
İki mininci illərin əvvəllərində Böyük Britaniyanın Özbəkistanda bir səfiri vardı. Kreyg Mörri (Craig Murray). Yaxından izlədiyim birisi idi. Əslində, mənim üçün insan haqları, media azadlığı məsələlərində güvənli informasiya mənbələrindən biri idi. Bu səfir həmin illərdə ABŞ mərkəzli məlum və məşhur Freedom House haqqında deyirdi: “Freedom House ABŞ və koalisiya qüvvələrinə tam dəstək verməsi səbəbindən geniş anlamda azadlıqları dəstəkləmək məsələsində tam qüsurlu davranır”.
Keçən il “ASAN” kommunal vasitəsi ilə Azərişıq “ASC”-yə 140 min müraciət daxil olub
“Azərişıq” ASC-nin “ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. “OLAYLAR” ASC-yə istinadən xəbər verir ki, 2017-ci ildə “ASAN” kommunalla “Azərişıq” ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il “ASAN” Kommunal vasitəsi Azərişıq “ASC”-nin göstərdiyi 10 xidmət üzrə 140 min müraciət edilib. Həmin 140 min müraciətin çüzi hissəsi - sənətlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.
Dövlət Agentliyində 20 Yanvar şəhidləri yad edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar faciəsinin 28-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə. anım mərasimində çıxış edən İdarə Heyətinin sədri Saleh Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edibSaleh Məmmədov xüsusi olaraq faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Ulu öndərimiz Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, cənab İlham Əliyevlə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi olduğunu vurğulayıb və əlavə edib ki, bununla ulu öndər Heydər Əliyev Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmiş olub.
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vəxtı açıqlandı
Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda deyilir.
Fərman verildi! Maliyyə naziri işdən azad edildi
Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin maliyyə naziri Abdusalom Kurbonienin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb. Məlumata görə, Tacikistan hökumətinn bu gün keçirilmiş iclasında prezident A.Kurbonienin fəaliyyətində qüsurların olduğunu bildirib.
24 yaşlı oğlan 13 yaşlı bacısı qızını dəfələrlə zorladı - Bakıda BİABIRÇI HADİSƏ
Bakıda azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb. Bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub. Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.














