Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının toplantısı keçirilib

Fransanın Paris şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) İcraiyyə Şurasının iclası keçirilir. “OLAYLAR” xəbər verir ki, iclasda Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı - Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir.

Fransanın Paris şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) İcraiyyə Şurasının iclası keçirilir. "OLAYLAR" xəbər verir ki, iclasda Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı - Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir. Tədbirdə çıxış edən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Guiseppe Bellandi üzvləri salamlayaraq, gündəlik haqqında məlumat vermiş və qeyd edib ki, son illər statistik təhlillərə nəzər saldıqda Avropa sağlamlıq turizmi məkanlarının, yerləşdirmə obyektlərinin sayının artması təqdirəlayiqdir. Bildirilib ki, regionda bu sahənin nəzərəçarpacaq inkişafı Assosiasiya tərəfindən əhəmiyyətli layihələr həyata keçirilməsinə geniş imkanlar açır. Daha sonra Təşkilatın rəhbəri G. Bellandi ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova arasında görüş keçirilib və cari ilin may ayında Qalaaltıda keçiriləcək Baş Assambleya haqqında ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, tədbirin təşkilatçılığı ilə bağlı həm Assosiasiya, həm də Nazirlik tərəfindən görüləcək işlər barədə detallar müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31