Dövlət Agentliyində 20 Yanvar şəhidləri yad edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar faciəsinin 28-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə. anım mərasimində çıxış edən İdarə Heyətinin sədri Saleh Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edibSaleh Məmmədov xüsusi olaraq faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Ulu öndərimiz Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, cənab İlham Əliyevlə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi olduğunu vurğulayıb və əlavə edib ki, bununla ulu öndər Heydər Əliyev Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmiş olub.
19 Yanvar 2018 15:08 SiyasətAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar faciəsinin 28-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə. anım mərasimində çıxış edən İdarə Heyətinin sədri Saleh Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edibSaleh Məmmədov xüsusi olaraq faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Ulu öndərimiz Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, cənab İlham Əliyevlə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi olduğunu vurğulayıb və əlavə edib ki, bununla ulu öndər Heydər Əliyev Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmiş olub.
Qeyd olunub ki, bu gün də bu siyasət ümummilli liderin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Belə ki, dövlət başçısı tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan nazir bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda "20 Yanvar" dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb.