Keçən il “ASAN” kommunal vasitəsi ilə Azərişıq “ASC”-yə 140 min müraciət daxil olub

“Azərişıq” ASC-nin “ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. “OLAYLAR” ASC-yə istinadən xəbər verir ki, 2017-ci ildə “ASAN” kommunalla “Azərişıq” ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il “ASAN” Kommunal vasitəsi Azərişıq “ASC”-nin göstərdiyi 10 xidmət üzrə 140 min müraciət edilib. Həmin 140 min müraciətin çüzi hissəsi - sənətlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.

"Azərişıq" ASC-nin "ASAN" xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. "OLAYLAR" ASC-yə istinadən xəbər verir ki, 2017-ci ildə "ASAN" kommunalla "Azərişıq" ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il "ASAN" Kommunal vasitəsi Azərişıq "ASC"-nin göstərdiyi 10 xidmət üzrə 140 min müraciət edilib. Həmin 140 min müraciətin çüzi hissəsi - sənətlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.

Göstərilən 10 xidmət arasında heç şübhəsiz əhali və qeyri əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır ki, bu sahə üzrə 33 min müraciət daxil olub. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla 33 min müraciətdən hamısı icra edilib və 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31