Gündəm

Misirdə 20 Yanvar şəhidləri anılıb

19 Yanvar 2018 16:57

Misirdə yaşayan azərbaycanlılar Azərbaycan Səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriblər. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Səfirliyin əməkdaşları, diaspor nümayəndələri, Qahirə şəhərində yaşayan alan həmvəntlərimiz iştirak edib.

Qiymətləndiricilər Cəmiyyətinin VII konfransı olacaq

19 Yanvar 2018 16:53

Yanvarın 19-da Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda müzakirə olunan məsələlər barədə cebhe.info-ya AQC İH üzvü, “Koneko Group” MMC-nin direktoru Vüqar Oruc məlumat verib.  

Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb

19 Yanvar 2018 16:50

Türkiyənin hətbi əməliyyat keçirməyə hazırlaşdığı Suriyanın Afrin bölgəsində olan Rusiya hərbçiləri ərazidəki mövqelərindən geri çəkilməyə  başlayıblar. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Afrində Türkiyə sərhədinə yaxın yerdə mövqe tutmuş 170 Rusiya hərbçisinin 17 km geriyə doğru çəkilməyə başladığı xəbər verilir. Bu, Türkiyə ordusunun həmin ərazidə hərbi əməliyyata başlayacağını göstərir.    

MTRŞ-da müzakirə aparılıb

19 Yanvar 2018 16:46

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) özəl ümumölkə teleradio yayımçılarının (“Azad Azərbaycan” televiziyası, “Lider” televiziyası, “Xəzər” televiziyası, “Space” televiziyası, “ARB” televiziyası) rəhbərlərinin iştirakı ilə özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamının icrasına dair görüş keçirilib.

Hərbi qulluqçumuz şəhid olub

19 Yanvar 2018 16:47

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub. “OLAYLAR” xəbər verir ki, mıəlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

20 Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniya parlamentində yad edilib 

19 Yanvar 2018 16:20

Londonda Böyük Britaniya parlamentində 20 Yanvarda həlak olanların xatirəsi yad edilib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS)  verilən məlumata görə, parlament üzvü, Britaniya -Azərbaycan Paramentlərarası Dostluq Qrupunun sədri Bob Bləkmanın sədrliyi ilə keçirilən tədbirdə Lord Devid Evans, Lord Lesli Turnberq, həmçinin 40-a yaxın xarici diplomat, Azərbaycan diasporunun fəalları iştirak edib.

Xərçəngə qalib gəldi, avtomobil qəzasında öldü

19 Yanvar 2018 16:18

2 yaşından xərçənglə mübarizə aparan 5 yaşlı Kamila Torkato avtomobil qəzasında həlak olub.  Faciə Kanadanın Toronto şəhərində baş verib. Bildirilib ki, həkimlər uşağa heç bir kömək edə bilməyiblər və o, xəstəxanada dünyasını dəyişib. Kamilanın hələ 2 yaşı olanda həkimlər tərəfindən ona eyni anda bir neçə daxili orqanda xərçəngin olması diaqnozu qoyulub. Uşaq iki il boyunca ölümcül xəstəliklə mübarizə aparıb. Valideynlərinin döyüşçü adlandırdığı uşaq kimyaterapiya alıb və ağır əməliyyatlar keçirib. 

“Kiyevdə həbsdə olmaq Maldivlərdə istirahətdən yaxşıdır” – Saakaşvili

19 Yanvar 2018 16:11

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili bildirib ki, Kiyevdə həbsdə olmaq Maldivlərə istirahət üçün səfər etməkdən daha yaxşıdır.

MOK Olimpiya Hərəkatının təbliğini davam etdirir

19 Yanvar 2018 16:07

MOK-un 25 illik yubileyi ərəfəsində xüsusilə gənclər arasında olimpiya hərəkatının təbliği, Azərbaycanın olimpiya oyunlarında qazandığı uğurlar və faəliyyəti haqqında www.mok25.az veb səhifəsi yaradılıb.

Türkiyədə məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq

19 Yanvar 2018 16:01

Türkiyədə məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq. Məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib.

Azərbaycanda vərəmlə bağlı ilk - Epidemioloji xəritə

19 Yanvar 2018 15:58

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” layihəsi Prezident yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib.

İlk saatda yüz minlərlə, sonrakı hər gün on minlərlə insan öləcək

19 Yanvar 2018 15:56

“Pxenyanı nüvə proqramından imtinaya məcbur etmək məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına ən məhdudlaşdırılmış hərbi zərbələr faciəli nəticələrə gətirib çıxara bilər”.

Oğlunun bu hərəkəti Brilliant Dadaşovanı ÖZÜNDƏN ÇIXARTDI: “Tərbiyəsiz, sən...”

19 Yanvar 2018 15:54

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin motosiklet sürməsi anasını özündən çıxarıb.  İstanbulda yaşayan Cahad Hacıyev motosiklet sürərkən çəkilən kadrları instaqramda paylaşıb. Sürət həvəskarı olan müğənninin oğlu stressini bu yolla atdığını qeyd edib. Cahadın bu görüntülərini görən anası B.Dadaşova əsəbiləşdiyini bildirib. Oğluna irad bildirən müğənni rəydə bunları yazıb:

“Əgər qadın itdən uşaq doğubsa, həmin məxluq da namaz qılmalıdır...” - Rəzalət

19 Yanvar 2018 15:52

Dağıstanda  Axmad-xadji İsayev adlı müəllifin  “Sadə xalqın Allahın dinini anlaması üçün nəsihətlər” (“İrşadul-avam ila fiqhi dini xalikil  anam”)adlı kitabı nəşr edilmişdir.